"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Danimarkanın "Kopenhagen" klubu yeni transferini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Mads Emil Madseni heyətinə qatıb. 27 yaşlı danimarkalı yarımmüdafiəçi Danimarkanın digər klubu "Orhus"dan transfer olunub.
Qeyd edək ki, "Qarabağ" paytaxt klubu ilə UEFA Çempionlar Liqasının II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də keçiriləcək.
"Qarabağ" klubu "Kopenhagen" klubu UEFA Çempionlar Liqası Danimarka transfer