top
Qarabağın Çempionlar Liqası pley-off mərhələsindəki rəqibi bəlli olur: PSJ və ya Nyukasl? Sport24.az
30 yanvar 2026, 10:10
- ↺ +

"Qarabağ"ın Çempionlar Liqası pley-off mərhələsindəki rəqibi bəlli olur: PSJ və ya "Nyukasl"?

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. Sport24.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

 

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ" "səpələnmişlər" səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri turnirin son qalibi PSJ və "Nyukasl"dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

 

"Pley-off"la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: "16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd "səpələnmiş" cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd "səpələnməmiş" cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq. Yəni, 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə,15/16 – 17/18 ilə üz-üzə gələcək.

 

"Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

 

Bunu da qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

 
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Komo'nun idman direktoru Real Madridə qayıda biləcək oyunçularla bağlı açıqlama verdi

Futbol
Bu gün, 05:11

Real Madrid Santyaqo Bernabeu stadionunda FIFA nümayəndələri ilə görüş keçirdi

Futbol
Bu gün, 04:11

Manchester United-un Andersona təklifi istehza ilə qarşılandı

Futbol
Bu gün, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol
Bu gün, 03:12

Sergen Yalçın: “Belçikaya iki məşqlə çıxmağımız yetərli olmadı, daha çox hazırlıq vaxtına ehtiyacımız var”

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Oxşar xəbərlər