"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Lissabonda "Benfika" üzərində 3:2 hesablı qələbə qazanması klub xəzinəsinə xeyli gəlir gətirəcək. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində Ağdam təmsilçisi UEFA-dan 2 milyon 100 min avro (təxminən 4,2 milyon manat) bonus alacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyi üçün artıq 18 milyon 620 min avro (təxminən 37 milyon manat) bonus əldə edib.