Xəbər verdiyimiz kimi, "Qarabağ" yay təlim-məşq toplanışının ikinci hissəsi üçün dünən Avstriyaya yollanıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün toplanışdakı ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində 4 yoxlama görüşü keçirəcək. Son Premyer Liqa çempionunun rəqibləri "Metallist1925"(Xarkov), "Tvente", "Zalsburq" olacaq. "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.