top
Qarabağın Avrokuboklardakı Tarixi İlkləri və Rekordları - VİDEO Sport24.az
27 fevral 2026, 18:59
- ↺ +

"Qarabağ"ın Avrokuboklardakı Tarixi İlkləri və Rekordları - VİDEO

Azərbaycan klubları üçün avrokubokların 2025/26 mövsümü başa çatıb. Mübarizəni davam etdirən sonuncu təmsilçimiz - UEFA Çempionlar Liqasının pley-offuna qədər irəliləyən "Qarabağ" 1/8 final şansını İngiltərənin "Nyukasl" klubu ilə matçlarda əldən verib. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin cari mövsümdəki avrokubok çıxışı tarixi nailiyyətlərlə əlamətdar olub.

 

Azərbaycan futbolu tarixində ikinci dəfə əsas mərhələyə yüksələn "Qarabağ" buna Liqa formatlı turnirdə nail olmaqla ilkə imza atıb.

 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycanın UEFA Gənclər Liqasında 2 komanda ilə təmsil olunmasına səbəb olub. "Qarabağ" Çempionlar Liqası yolunda, "Sabah" Çempionlar yolunda mübarizə aparıb.

 

Ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə adlayan "Qarabağ" özünün sahibi olduğu Azərbaycan rekordunu yeniləyib. Ağdam klubu 2014/15 mövsümündən başlayan seriya müddətində 2 dəfə UEFA Çempionlar Liqası, 9 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Konfrans Liqasında əsas raunda yüksəlib.

 

I turun "Benfika" ilə Portuqaliyadakı oyununda 3:2 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsini qazanıb.

 

"Benfika" ilə oyunun ən yaxşısı seçilən Pedro Bikalyo Azərbaycan klubunun heyətində UEFA Çempionlar Liqasında matçın oyunçusu seçilən ilk futbolçu kimi tarixə düşüb.

 

II turda "Kopenhagen"i Bakıda 2:0 hesabı ilə məğlub edən "Qarabağ" Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev qələbəsini əldə edib, həm də ilk quruhesablı qələbəni qazanıb.

 

"Kopenhagen"lə qarşılaşmanın ən yaxşısı seçilən Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında oyunun futbolçusu adına layiq görülən ilk azərbaycanlı futbolçu olub.

 

IV turda dünya çempionu "Çelsi" ilə Bakıdakı oyunda qeydə alınan 2:2 hesablı heç-heçə Azərbaycan klublarının İngiltərə təmsilçiləri ilə oyunda ilk xalı kimi tarixə düşüb.

 

VII turun "Ayntraxt"la Bakıda keçirilən oyununda (3:2) qol sevinci yaşayan Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk Azərbaycan vətəndaşı kimi tarixə düşüb.

 

UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla başa vuran "Qarabağ" 2017/18 mövsümündə qrupda topladığı 2 xaldan 5 dəfə çox xal yığmaqla rekorda imza atıb.

 

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurmaqla pley-offa vəsiqə qazanıb ki, bu da Azərbaycan futbolu tarixində ilk belə nəticədir.

 

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsi UEFA reytinqində 6 bonus xalı qazandırıb ki, bu da Azərbaycan klublarının avrokuboklardakı ən yüksək qazancıdır.

 

Elvin Cəfərquliyev "Nyukasl"la ilk matçda (1:6) qol vurmaqla UEFA Çempionlar Liqasının pley-offunda fərqlənən ilk Azərbaycan futbolçusu kimi tarixə düşüb. O, cavab görüşündə də (2:3) rəqib qapısına yol tapmaqla UEFA Çempionlar Liqasının əsas mərhələlərində ardıcıl iki oyun qol vuran ilk azərbaycanlı futbolçu olub.

 

Kamilo Duran Liqa mərhələsi və pley-offda ümumilikdə 5 qol vurmaqla Azərbaycan klublarının UEFA Çempionlar Liqasının əsas mərhələlərindəki ən yaxşı bombardiri olub.

 

"Qarabağ" UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə ümumilikdə 31 qol vurub ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

 

2025/26 mövsümündə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub ki, bu da 2023/24 mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i "Qarabağ"ın payına düşür.

 

"Qarabağ"ın uğurlu çıxışı nəticəsində Azərbaycanın cari mövsüm üçün UEFA reytinqi 5,812-yə bərabər olub. Bu, 2023/24 mövsümündən sonra (5,850) ikinci ən yüksək göstəricidir.

 

"Qarabağ" cari mövsüm klubun UEFA reytinqinə 13,750 xal qazanmaqla Azərbaycan futbolu tarixində rekorda imza atıb. Ağdam klubu 2 il əvvəl topladığı 11,000 xallıq göstəricini geridə qoyub.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Oxşar xəbərlər