UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.
Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq.
Sözügedən qarşılaşma üçün "Qarabağ"a 600 bilet ayrılıb və ilkin olaraq onlardan 400-ə yaxını satılıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.