top
Qarabağın Atletikə məğlubiyyəti: Qınamağa dəyərmi? Sport24.az
23 oktyabr 2025, 13:00
- ↺ +

"Qarabağ"ın "Atletik"ə məğlubiyyəti: Qınamağa dəyərmi?

Çempionlar Liqasının ilk iki turunda qələbə qazanmaqla Avropanı təəccübləndirən "Qarabağ" dünən "Atletik"ə məğlub oldu. Buna görə üzülməyə dəyərmi? Heç şübhəsiz ki, hamımız Qurban Qurbanovun komandasının qələbə seriyasını davam etdirməsini istəyirdi. Hətta Leandro Andrade ilk saniyələrdə rəqib qapısına yol tapanda ağdamlıların daha bir möcüyə imza atacağını düşünənlərin sayı yetərincə çox idi. Təəssüf ki, təmsilçimiz Bilbao səfərindən yenik ayrıldı. Ancaq "Qarabağ"ın futbolçuları başını dik tuta bilərlər...  

Oyundan sonra sosial şəbəkələrdə "Qarabağ"ın qələbəni əldən verdiyini, baş məşqçinin yanlış heyət qurduğunu, əvəzetmələrdə gecikdiyini yazanları görəndə bir tərəfdən sevindim, bir tərəfdən də məyus oldum.

Sevindim ki, artıq azarkeşlərimizin iştahı artıb, daha tələbkar olublar. Əvvəllər təmsilçilərimizin rəqib qapısına bir qol vurmasına sevinənlər indi İspaniya səfərində komandamızdan qələbə tələb edirlər. Bu artıq "Qarabağ"a inamdan, ağdamlılara güvəndən xəbər verir ki, bu da təqdirə layiqdir.

Bir tərəfdən də ona üzüldüm ki, millisi FİFA reytinqində ilk "100-lük"dən kənarda qalan ölkənin təmsilçisinin baş məşqçisini titanların qatıldığı turnirdə bir yenilgiyə görə qınayır, onu səhv qərarlar verməkdə ittiham edirlər. Qurban Qurbanov Azərbaycan futbolunun markasıdır, son illər köməkçiləri ilə birlikdə ölkə futbolunun yükünü çiynində daşıyan mütəxəssisdirdir ki, bunu bir daha təkrarlamağa ehtiyac yoxdur. Onun yetirmələri 3 turdan sonra nəhənglərin yer aldığı turnirdə 6 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb ki, bu sıradan bir uğur yox, möhtəşəm nəticədir.  Çempionlar Liqasında yeni mövsümün startı ərəfəsində ən nikbin azarkeş belə Liqa mərhələsinin 3 turundan sonra ağdamlıların 13-cü pilləsində yer alacağını ağlından belə keçirə bilməzdi. Bu nağıl kimi görünə bilərdi, ancaq "Qarabağ" bunu gerçəkləşdirdi.

Dünənki oyuna gəlincə isə, 72-ci dəqiqədə qarşılaşmanın baş hakimi İqor Payaç təmsilçimizin lehinə penalti verməməklə bəlkə də matçın yekun nəticəsinə təsir edən səhvə yol verdi. Rəqibin müdafiəçisi Aleksey Kaşukun "çərçivə"yə gedən topunu xəttin üzərindən çıxartmasaydı, bəlkə də bu gün "köhnə qitə"də yenə "Qarabağ" möcüzəsindən danışılırdı.

"Atletik"ə məğlubiyyət dünyanın sonu deyil. Qurbanovun komandası 8 oyunun hamısını udası deyildi və nə vaxtsa yenilməli idi. Hələ qarşıda 5 oyun var və heç nə itirilməyib...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Futbol
Dünən, 01:43

Kəpəz PFK son 5 mövsümdə ən uğurlu startını cari çempionatda qeyd etdi

Futbol
Dünən, 01:39

Qordon: Keyn penaltini vursaydı, İngiltərə qalib gələ bilərdi

Futbol
Dünən, 01:18

İspaniya millisi İngiltərəni məğlub edərək 39 matçlıq məğlubiyyətsizlik seriyasına imza atdı

Futbol
Dünən, 00:05

Culian Uord “Liverpul”da yeni idman direktoru oldu

Futbol
26 sentyabr 2026, 23:10

Edqaras Yankauskas: Azərbaycan millisi güclü, texnikalı və sürətli oyun tərzinə malikdir

Minifutbol
26 sentyabr 2026, 22:48

“Buxar Sumqayıt” EMF Avropa Kubokunda Aldak 422-ə 2:4 məğlub oldu

Futbol
26 sentyabr 2026, 22:23

Şimal futbol klubu sınaq matçında 3:0 qələbə qazandı

Basketbol
26 sentyabr 2026, 19:26

Sumqayıt basketbol klubu ABŞlı oyunçusu Cordan Vatsonla müqavilə imzaladı

Futbol
26 sentyabr 2026, 19:13

“Manchester City”nin sahibləri maliyyə pozuntuları üzrə istefa çağırışları ilə üzləşə bilər

Futbol
26 sentyabr 2026, 18:59

Real Madrid, Mbappé’nin diz zədəsi üçün ən pis ssenaridən narahatdır

Futbol
26 sentyabr 2026, 16:49

Mahir Emreli: Millidə qələbə vacib deyil, əsas odur ki, yaxşı oyun göstərək

Oxşar xəbərlər