top
“Qarabağ”ın 32 qolu, Qurban Qurbanovla əlçatmaz rekord İdman.biz
13 noyabr 2024, 15:03
- ↺ +

“Qarabağ”ın 32 qolu, Qurban Qurbanovla əlçatmaz rekord

Misli Premyer Liqasının 13 turu arxada qalıb.

İdman.biz xəbər verir ki, çempionatın baş tutan hissəsi "Qarabağ"ın məhsuldarlığı ilə diqqət çəkir.

Bir oyun az keçirən Ağdam klubu artıq 32 qola imza atıb. 12 matça çıxan Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,67-yə bərabərdir.

Bu göstərici nə qədər yüksək olsa da, ölkə çempionatları tarixində heç də ən yaxşılardan deyil. 1992-ci ildə keçirilən yarışda 17-ci dəfə bir komanda ilk 12 oyunda 32 və ya daha çox qola sevinir.

Elə "Qarabağ"ın özü 4-cü dəfə mövsümün müvafiq dövründə ən azə 2,67 qolluq məhsuldarlıq göstərib. Ağdam təmsilçisinin şəxsi rekordu isə 2 il əvvələ təsadüf edib. Həmin vaxt Qurbanovun komandası 38 qol vurub və tarixində ikinci dəfə 12 turda orta hesabla 3-dən çox topa imza atıb. 2003/04 mövsümündə "Qarabağ" 36 dəfə fərqlənib.

Yeri gəlmişkən, tarixdə 7 dəfə bu bölümdəki məhsuldarlıq 3 və ya daha yüksək olub. Bunlardan ikisi "Qarabağ"ın, ikisi "Kəpəz"in hesabındadır.

Sumqayıt "Xəzər"i, "Şəmkir" və "Neftçi"də 12 turda "3"ü keçib. Bakı klubu mütləq rekordun sahibidir. "Ağ-qaralar" 1996/97 mövsümündə bu qədər oyunda 47 qol vurub. Orta məhsuldarlığın 4-ə çatması üçün cəmi bir top çatmayıb. Həmin vaxt Bakı klubu startda 9:0, 7:1, 7:2, 5:0 hesablı qələbələrlə azarkeşlərinə sevinc bəxş edib. Həmin vaxt "Neftçi"nin əsas qol silahı, sonda mövsümün bombardiri adını qazanan "Qarabağ"ın indiki baş məşqçisi Qurban Qurbanov olub. Həmin rekord isə əlçatmaz görünür.

İkinci göstəriciyə malik "Kəpəz" 5 qol geri qalır. Ən azı 40 qol vurmağı bacaran 3-cü komanda Sumqayıt "Xəzər"i olub.

Mövsümün ilk 12 oyununda 32 və daha çox qol vuranlar:
1. "Neftçi" (1996/97) - 47
2. "Kəpəz" (1995/96) - 42
3. "Xəzər" S (1992) - 40
4-5. "Kəpəz" (1998/99) - 38
"Qarabağ" (2022/23) - 38
6. "Şəmkir" (2000/01) - 37
7. "Qarabağ" (2003/04) - 36
8-9. "Neftçi" (1992) - 35
"Neftçi" (1994/95) - 35
10-11. "Neftçi" (2000/01) - 34
"Şəmkir" (2003/04) - 34
12-13. "Kəpəz" (1994/95) - 33
"Kəpəz" (1996/97) - 33
14-17. "Kəpəz" (1992) - 32
"Neftçi" (1995/96) - 32
"Qarabağ" (2004/05) - 32
"Qarabağ" (2024/25) - 32

Qeyd edək ki, cari mövsümdəki qol sayında ikinci olan "Sabah" 13 oyunda 22 dəfə fərqlənib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər