top
Qarabağı xüsusi bir rəqib olaraq dəyərləndirmirəm - Qara Qarayev Qol.az
25 aprel 2025, 12:35
- ↺ +

"Qarabağ"ı xüsusi bir rəqib olaraq dəyərləndirmirəm - Qara Qarayev

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayev "Qarabağ"a qarşı keçirilən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə 0:3 hesablı məğlubiyyəti şərh edib:   

- Birinci hissədə real qol epizodlarımız olsa da, istifadə edə bilmədik. "Qarabağ"a qarşı oynamaq çətindir, lakin düşünürəm ki, hər iki oyunda layiqli mübarizə apardıq. Qol epizodlarını dəyərləndirə bilsəydik, yekunda fərqli ssenari olardı. 

- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?

- Hakimliklə bağlı iki müəmmalı məsələ var. Birincisi, Jatobanın epizodudur. Epizodun təkrarına baxanda görünür ki, Jatoba topa oynayır, Bəhlul isə onu vurur. Mənə görə, bu, penaltidir. Hakimə yaxınlaşırsan, gah deyir şiddət yoxdur, gah deyir birinci topa o oynadı. Bilmirsən nə deyəsən. 

- Artıq kubokla vidalaşdınız. Çempionatdan avrokuboklara yollanmaq şansınızı necə dəyərləndirirsiniz? 

- Yanvardan sonra heyətlə bağlı ciddi problemlərimiz oldu. Mən özüm də bir aya yaxın oynamadım. Düzdür, artıq bəzi zədəlilərimiz sıraya dönüblər. Amma zədədən sonra ideal formada deyillər. Bu da anlaşılandır. Çünki mövsümün sonuna yaxın optimal forma düşmək çətindir. Bütün çətinliklərə baxmayaraq, sona qədər döyüşəcəyik. Düşünürəm ki, yaxşı yerlərə layiq komandayıq. Avroliqa, yaxud Konfrans Liqasına getməyimiz klub üçün də önəmli addım olacaq. "Araz-Naxçıvan" daha böyük uğurlar qazana bilər. Avrokuboklar bizim üçün əhəmiyyətlidir. Ora yollanmaq istəyirik. Bunun üçün də sona qədər döyüşəcəyik. Təslim olmamışıq, olmaq fikrimiz də yoxdur.

- Mövsümün sonuna 5 tur qalıb. Demək olar ki, hər matç "Araz-Naxçıvan" üçün finala bərabərdir?

- Bəzən 100 faiz də problem ola bilər. Ona görə qarşıdakı matçlara optimal formada yanaşmalıyıq. Buna qədər kubok oyunlarına görə 4-5 gündən bir meydana çıxırdıq. Bu da bir qədər çətinik yaradırdı. Ümumilikdə, pis təsir bağışlamadıq. Bu tempi qoruya bilsək, daha yaxşı nəticələr əldə edəcəyik.

- Uzun illər "Qarabağ"da çıxış etmisiniz. Sabiq klubunuzla oyuna psixoloji cəhətdən hazırlaşmaq sizin üçün çətin olmadı?

- Psixologiyam özümə aiddir. Dünən xoş xatirədir, amma bu gün buradayam. Futboldan uzaq qalmamaq, daha çox oynamaq istəyirəm. "Qarabağ"la görüşə xüsusi hazırlaşmamışdım, fərqli bir motivasiya da yox idi. "Qarabağ"a həmişə hörmətlə yanaşıram. Orada böyümüşəm. Motivasiyam hansısa oyuna görə artıb-azalmır. "Qarabağ"ı xüsusi rəqib kimi görmürəm. Hər şey qaydasındadır. Matça da normal hazırlaşmışdım.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Mançester Yunayted”in Karrikin işindən çıxarmama səbəbləri

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Oxşar xəbərlər