top
Qarabağı PSJ-dən fərqləndirən nədir? - TƏHLİL Idman.biz
08 may 2025, 15:16
- ↺ +

"Qarabağ"ı PSJ-dən fərqləndirən nədir? - TƏHLİL

Bir neçə gün əvvəl İFFHS "Böyük beşlik" liqalarının səfərdəki ən uzun məğlubiyyətsizlik seriyalarını (https://www.idman.biz/az/news/football/76318) açıqlayıb. Siyahıda ən azı ardıcıl 25 matçda rəqib meydanında xal qazanan Avropa nəhəngləri yer alıblar.

İdman.biz Azərbaycan çempionatlarının tarixinə baxış keçirib və analoji baxımdan fərqlənənləri müəyyənləşdirib.

PSJ-nin 39 oyunla başçılıq etdiyi İFFHS-in cədvəlində minimum 25 matçlıq seriyalar var ki, Azərbaycanda bunu bacaran olmayıb. Yəni, ölkəmiz "Böyük beşlik"də olsaydı və ya İFFHS 5 liqa deyil, bütün Avropanı əhatə edən siyahı açıqlasaydı, klublarımız ora düşməyəcəkdi. Bəs bizim rekordçular kimdir?

"Qarabağ"dan mütləq rekord

Azərbaycan rekordu bir müddət əvvəl rəsmiləşib. 2023-cü ilin aprelində "Qarabağ"ın rəqib meydanlarındakı hegemonluğu sona çatıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 24 səfərdə xal qazanıblar. Bu müddətdə 20 qələbə qazanan komanda 4 heç-heçə edib. Təxminən 18 ay sürən seriya "Səbail"ə məğlubiyyətdən sonra başlayıb və "Sabah"a uduzanadək sürüb. Bu seriyanı PSJ-nin "Böyük beşlik" rekordundan 15 görüş ayırır.

25.10.2021

Səbail - Qarabağ

3:1

07.11.2021

Sumqayıt - Qarabağ

0:4

29.11.2021

Qəbələ - Qarabağ

0:0

07.02.2022

Neftçi - Qarabağ

1:2

28.02.2022

Keşlə - Qarabağ

0:0

12.03.2022

Sabah - Qarabağ

0:1

19.03.2022

Zirə - Qarabağ

0:3

10.04.2022

Sumqayıt - Qarabağ

0:3

24.04.2022

Qəbələ - Qarabağ

0:2

15.05.2022

Səbail - Qarabağ

0:3

13.08.2022

Sumqayıt - Qarabağ

0:2

01.09.2022

Kəpəz - Qarabağ

0:1

18.09.2022

Zirə - Qarabağ

1:7

09.10.2022

Qəbələ - Qarabağ

0:1

30.10.2022

Şamaxı - Qarabağ

0:4

09.11.2022

Turan Tovuz - Qarabağ

0:2

13.11.2022

Sabah - Qarabağ

0:0

02.12.2022

Neftçi - Qarabağ

0:4

24.12.2022

Səbail - Qarabağ

0:3

25.01.2023

Turan Tovuz - Qarabağ

2:3

04.02.2023

Kəpəz - Qarabağ

1:1

19.02.2023

Zirə - Qarabağ

0:1

05.03.2023

Qəbələ - Qarabağ

1:3

15.03.2023

Sumqayıt - Qarabağ

0:6

02.04.2023

Şamaxı - Qarabağ

0:1

16.04.2023

Sabah - Qarabağ

2:1

21 ildən çox duruş gətirən "Şəmkir"

"Qarabağ"ın 2 il əvvəl yenilədiyi rekorda qədər ən yaxşı göstərici "Şəmkir"ə məxsus idi. Qərblilər əsrlərin qovşağında 1999-2001-ci illərdə meydan sahiblərinə qələbə sevinci bəxş etməyib. Şəmkirlilər ardıcıl 23 belə matç keçiriblər. Qərb təmsilçisi 15 dəfə səfərdən qalib ayrılıbsa, 8 dəfə uduzub. "Qarabağ"a məğlubiyyətdən sonra başlayan həmin seriyanı 21 ildən artıq vaxt keçdikdən sonra məhz Ağdam təmsilçisi geridə qoyub.

22.05.1999

Qarabağ - Şəmkir

1:0

07.11.1999

Kəpəz - Şəmkir

0:0

21.11.1999

Qarabağ - Şəmkir

1:5

05.12.1999

Neftçi - Şəmkir

0:0

26.02.2000

ANS Pivani - Şəmkir

0:3

11.03.2000

OİK - Şəmkir

0:3

19.03.2000

Dinamo - Şəmkir

0:2

01.04.2000

Xəzər Universiteti - Şəmkir

0:2

15.04.2000

Şəfa - Şəmkir

0:2

29.04.2000

Viləş - Şəmkir

1:3

07.05.2000

Kimyaçı S - Şəmkir

0:0

14.05.2000

Turan - Şəmkir

3:3

13.08.2000

Şəfa - Şəmkir

1:4

10.09.2000

Xəzər Universiteti - Şəmkir

2:2

14.10.2000

Dinamo-Bakılı - Şəmkir

1:4

28.10.2000

Neftçi - Şəmkir

1:1

12.11.2000

Araz-Naxçıvan - Şəmkir

1:5

04.03.2001

Viləş - Şəmkir

1:1

12.03.2001

Kəpəz - Şəmkir

0:3

06.04.2001

Qarabağ - Şəmkir

0:1

29.04.2001

Turan - Şəmkir

1:2

26.08.2001

Kəpəz - Şəmkir

2:3

17.09.2001

Neftçi - Şəmkir

0:1

29.09.2001

Ümid - Şəmkir

1:1

22.10.2001

Şəfa - Şəmkir

3:2

Tovuzdan Tovuza qədər

Tarixin 3-cü ən uzun səfər məğlubiyyətsizliyi "Kəpəz"ə məxsusdur. Gəncə klubu uzaq 1993-95-ci illərdə ardıcıl 18 dəfə rəqib meydanında xal qazanıb. Bu seriya "Turan"a məğlubiyyətdən sonra başlayıb, elə Tovuz təmsilçisinə yenilgi ilə də başa çatıb. Həmin dövrdə 10 qələbə qazanan "Kəpəz" 8 heç-heçə edib.

21.10.1993

Turan - Kəpəz

3:1

06.11.1993

Şahdağ - Kəpəz

1:2

20.11.1993

Azəri - Kəpəz

1:1

04.12.1993

Pambıqçı B - Kəpəz

1:3

12.12.1993

Viləş - Kəpəz

0:0

27.02.1994

Kürmük - Kəpəz

0:4

13.03.1994

Xəzri-Eltac - Kəpəz

1:1

03.04.1994

Xəzər S - Kəpəz

1:1

09.04.1994

Avtomobilçi - Kəpəz

0:4

29.04.1994

Xəzər L - Kəpəz

1:1

05.05.1994

İnşaatçı B - Kəpəz

1:2

28.08.1994

Xəzri - Kəpəz

1:1

18.09.1994

Bakı fəhləsi - Kəpəz

1:1

30.10.1994

İnşaatçı B - Kəpəz

0:1

20.11.1994

Xəzər S - Kəpəz

0:3

23.11.1994

Neftçi - Kəpəz

0:0

05.03.1995

Kür-Nur - Kəpəz

2:4

08.04.1995

Qarabağ - Kəpəz

0:2

18.04.1995

Pambıqçı N - Kəpəz

0:2

07.05.1995

Turan - Kəpəz

1:0

"Qarabağ"dan het-trik

Ən uzun 5 seriyadan üçü "Qarabağ"ın hesabındadır. 24 matçlıq seriyanın sahibi olan Ağdam klubu 2019-21-ci illərdə ardıcıl 17 səfərdə xal qazanıb. "Sumqayıt"a məğlubiyyətdən sonra 9 qələbə və 8 heç-heçəsi olan Qurban Qurbanovun komandasının seriyası "Neftçi"yə uduzanda qırılıb.

22.11.2019

Sumqayıt - Qarabağ

2:1

02.12.2019

Sabah - Qarabağ

0:1

02.02.2020

Səbail - Qarabağ

0:1

15.02.2020

Zirə - Qarabağ

0:6

08.03.2020

Keşlə - Qarabağ

0:2

11.09.2020

Keşlə - Qarabağ

0:0

25.09.2020

Sumqayıt - Qarabağ

2:2

25.10.2020

Zirə - Qarabağ

0:0

08.11.2020

Neftçi - Qarabağ

0:6

29.11.2020

Səbail - Qarabağ

1:1

20.12.2020

Qəbələ - Qarabağ

1:1

21.01.2021

Sabah - Qarabağ

1:2

19.02.2021

Sumqayıt - Qarabağ

0:0

09.03.2021

Zirə - Qarabağ

0:2

04.04.2021

Keşlə - Qarabağ

1:1

16.04.2021

Səbail - Qarabağ

1:1

25.04.2021

Qəbələ - Qarabağ

0:5

09.05.2021

Sabah - Qarabağ

0:4

19.05.2021

Neftçi - Qarabağ

1:0

Yenə "Neftçi" və "Sumqayıt"

"Top-5"də sonuncu seriya da "Qarabağ"a məxsusdur. 16 matçlıq məğlubiyyətsizlik də "Neftçi" və "Sumqayıt"la bağlıdır. Bakılılara uduzduqdan sonra başlayan seriya sumqayıtlılarla görüşdə bitib. 2018-19-cu illərdə Ağdam klubu 12 qələbə qazanıb və 4 bərabərliyə imza atıb.

28.10.2018

Neftçi - Qarabağ

3:1

31.10.2018

Keşlə - Qarabağ

1:1

11.11.2018

Qəbələ - Qarabağ

1:3

09.12.2018

Zirə - Qarabağ

0:6

09.02.2019

Sumqayıt - Qarabağ

0:2

23.02.2019

Sabah - Qarabağ

1:1

03.03.2019

Keşlə - Qarabağ

0:1

15.03.2019

Səbail - Qarabağ

1:2

01.04.2019

Sumqayıt - Qarabağ

0:6

07.04.2019

Qəbələ - Qarabağ

1:2

27.04.2019

Zirə - Qarabağ

0:3

11.05.2019

Neftçi - Qarabağ

2:3

16.08.2019

Keşlə - Qarabağ

0:1

01.09.2019

Səbail - Qarabağ

0:4

23.09.2019

Zirə - Qarabağ

1:3

19.10.2019

Qəbələ - Qarabağ

1:1

01.11.2019

Neftçi - Qarabağ

0:0

22.11.2019

Sumqayıt - Qarabağ

2:1

Qeyd edək ki, cari mövsümdə ən az səfər məğlubiyyəti alan komanda da "Qarabağ"dır. Yeganə məğlubiyyətini "Zirə"dən alan (2:3) Qurbanovun yetirmələrinin 11 matçlıq seriyası həmin görüşdə qırılıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:12

İspaniya U-15 yığmasının baş məşqçisi David Qordo: "Bakıda qazandığımız çempionluq gənclər üçün ömürlük xatirə olacaq"

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:51

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

Futbol
Bu gün, 14:33

Alman mütəxəssis Yulian Naqelsman Juventusun baş məşqçisi ola bilər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Oxşar xəbərlər