top
“Qarabağ”dan dörd turun qazancı İdman.biz
07 noyabr 2024, 16:39
- ↺ +

“Qarabağ”dan dörd turun qazancı

Avropa Liqasında çıxış edən "Qarabağ" bu gün Liqa mərhələsinin IV turunun "Bodo Qlimt"lə matçına çıxacaq.

İdman.biz təmsilçimizin avrokubokların əsas mərhələlərindəki ilk 4 turdakı nəticələrini nəzərdən keçirir.

Cari mövsümədək 10 dəfə əsas raunda yüksələn Qurban Qurbanovun yetirmələri buna ardıcıl son 10 ildə nail olub. Ağdam klubu 1 dəfə Çempionlar Liqası, 8 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqasında qrup mərhələsində mübarizə aparıb.

Həmin 10 cəhdin hamısında mərhələ 6 turdan ibarət olub. 4-cü oyun artıq II dövrənin ilk turu çərçivəsində baş tutub. Bu dəfə isə "Qarabağ" bu gün Norveçdə "ekvator"a çatacaq.

Məğlubedilməz

"Qarabağ" yalnız bir dəfə ilk 4 turu məğlubiyyətsiz keçib. Həmin vaxt müvafiq dövr üçün rekord sayda – 10 xal əldə edilib. Bunun komandanın daha aşağı hesab olunan Konfrans Liqasında çıxışı ilə də bağlamaq olar. 8 qol vuran və 3 qələbə qazanan "Qarabağ" bu iki göstəricidə də ən yaxşı nəticəsini məhz 2021/22 mövsümündə reallaşdırıb.

Maksimum - "7"

Avropa Liqasının ilk 4 turu üçün rekord xal isə 7-yə bərabərdir. "Qarabağ" buna iki dəfə imza atıb. 2016/17 və 2022/23 mövsümlərində dörd cəmi bir dəfə uduzan komanda iki qələbə qazanmasına sevinib. İki il əvvəl top fərqi də müsbət olub. Bu, Avropa Liqasının dördturluq bölümü üçün yeganə belə hadisədir. Top fərqində Konfrans Liqasındakı rekordu təkrarlayan "Qarabağ" 2022/23 mövsümünün startdakı 4 turunda cəmi 2 top buraxıb.

Antirekordun astanasında

Digər mövsümlərə göz gəzdirsək, bir dəfə 6, üç dfə 4, bir dəfə üç xal əldə olunub. Hər dəfə də heç olmasa, bir qələbə qeydə alınıb. Yalnız iki dəfə 4 qələbəsiz oyun üzücü olub. Bunlardan biri Çempionlar Liqasındakı tarixi çıxış zamanı yaşanıb. Həmin vaxt 4 turda 2 heç-heçə etmək mümkün olub. Mütləq antirekord 2020/21 mövsümündə yaşanıb. İlk 4 turda məğlubiyyətləri sıralayan "Qarabağ" dörd ildən sonra antirekordun astanasındadır. Həmin nəticənin təkrarlanmaması, hətta top fərqinə görə ən uğursuz nəticənin yaşanmaması üçün Qurbanovun komandası Norveçdə xal qazanmalıdır. İlk üç turda "Tottenhem" və "Ayaks"dan üç cavabsız top buraxan, "Malmö"yə 1:2 hesabı ilə uduzan təmsilçimiz "Bodo Qlimt"ə məğlub olmamalıdır. 3-cü dəfə qələbəsizlik seriyası yaşanmaması üçün isə Norveç klubunu dayandırmaq zəruridir. Bodo şəhərinin təmsilçisi yeni formatda keçirilən turnirin Liqa mərhələsində uduzmayıb.

Qeyd edək ki, "Bodo Qlimt" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

2014/15

AL

1

1

2

2-4

4

2015/16

AL

1

1

2

3-5

4

2016/17

AL

2

1

1

6-7

7

2017/18

ÇL

0

2

2

2-9

2

2018/19

AL

1

0

3

1-6

3

2019/20

AL

1

1

2

7-8

4

2020/21

AL

0

0

4

3-9

0

2021/22

KL

3

1

0

8-3

10

2022/23

AL

2

1

1

7-2

7

2023/24

AL

2

0

2

3-6

6

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Oxşar xəbərlər