top
“Qarabağ” Zaqreb “Dinamo”sunda nəyə diqqət yetirməlidir? İdman.biz
18 avqust 2024, 10:06
- ↺ +

“Qarabağ” Zaqreb “Dinamo”sunda nəyə diqqət yetirməlidir?

"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi Zaqreb "Dinamo"su xorvat futbolunun şəksiz lideri, son 19 ölkə çempionatından yalnız birində (2016/2017) çempion ola bilməyərək gümüş medalla kifayətlənən bir klubdur.

İdman.biz xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 dəfə qrupda oynayan zaqreblilər bunun 6-nı son 12 mövsümdə edib. Lakin bunların heç birində növbəti mərhələyə adlaya bilməyib.

Ümumiyyətlə, "Dinamo" Çempionlar Liqasında 156 oyunundan 66-da qalib gəlib, 58-də uduzub. Top fərqi 235-214-dür. Bu yarışın qrup mərhələsindəki 48 oyununda nəticəsi 33-103 top fərqi ilə 6 qələbə, 8 heç-heçə 34 məğlubiyyətdir. Komanda bu 8 qrupun 2-də 1 xal belə toplaya, onlardan 1-də isə, ümumiyyətlə qol belə vura bilməyib.

Avrokuboklarda zaqreblilər 375 oyunda 154 qələbə qazanıb, 142 dəfə məğlub olublar. Top fərqi 547-478-dir.

Ötən mövsümdə "Dinamo"nun Çempionlar Liqasında yolunu III təsnifat mərhələsində yunan AEK-i kəsib (1:2, 2:2). Ardından Avropa Liqasının pley-offunda bunu Praqa "Sparta"sı edib (3:1, 1:4). Yolunu Konfrans Liqasında davam etdirən klub qrupu və 1/16-də ispan "Betis"ini adlasa da (1:0, 1:1), 1/8 finalda yenə yunan səddinə ilişib. Bu dəfə yolu kəsən PAOK olub (2:0, 1:5).

Hazırkı mövsüm Çempionlar Liqasında isə "Dinamo" ilk oyununu "Qarabağ"a qarşı keçirəcək.

Xorvat komandasının son oyunları bu ay start götürən ölkə çempionatının ilk 3 turundakı matçlar olub. Zaqreb təmsilçisi ardıcıl olaraq "İstra"nı (5:0), "Osiek"i (2:1) və "Şibenik"i (3:0) üstələyərək maksimum nəticə ilə vahid liderlik edir.

Bu 3 oyunda 10 dəfə fərqlənən "Dinamo" cərimə meydançası daxilindən 36 zərbədən 9-nu, cərimə meydançası xaricindən isə 13 zərbədən 1-ni qola çevirə bilib. 8 qol sağ ayaqla, 2 qol başla vurulub.

Orta hesabla hər oyuna qapıya 16,3 zərbədən 7-si qapı çərçivəsinə vurulub, zərbələrin bloka alınma göstəricisi isə 5,7-dir.

Orta hesabla 69,7 % topa sahib olmaya malik "Osiyek"də ötürmələrin 88,56 faizi dəqiq olub. Uzun ötürmələrin 57,1 faizi hədəfə çatıb.

Təkbətək mübarizələrin 45,3 %-də üstün olan Zaqreb futbolçuları, hava mübarizəsində daha yaxşıdırlar – 57,1 %.

Hər oyuna orta hesabla 1 dəfə offsayda düşən "Dinamo"çular, 12 dəfə fol edirlər.
Müdafiədə hər oyuna orta topalma 11, qapıçı seyvi 1-dir.

Qeyd edək ki, "Dinamo" Çempionlar Liqası pley-offunda avqustun 20-də "Qarabağ"ı qəbul edəcək, 28-də isə ağdamlıların Bakıda qonağı olacaq.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Futbol
Dünən, 21:27

Lixtenşteynin üç futbolçusu Azərbaycanla qarşılaşmadan əvvəl fərdi məşq keçdi

Oxşar xəbərlər