top
"Qarabağ" və "Udineze" arasında ortaq nə var? Sport24.az
Bu gün, 12:45
- +

"Qarabağ" və "Udineze" arasında ortaq nə var?

"Qarabağ" Futbol Klubunun İtaliyanın köklü klublarından "Udineze" ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.

 

Razılaşmaya əsasən, "Qarabağ" Akademiyasının futbolçuları dövri olaraq "Udineze" klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçuların Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Bu mühüm əməkdaşlığın qurulmasında klubun prezidenti Tahir Gözəlin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Tahir bəyin "Udineze" klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Gözəlin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və "Qarabağ"ın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.

 

Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyanın üzvləri İtaliyaya yollanacaqlar. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcəkdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

İş Elanları
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 16:40

Ölkə çempionatına start verildi

Güləş
Bu gün, 16:38

Güləş üzrə milli komandamız "Necad Haşimi Kuboku" turnirində iştirak edəcək

Güləş
Bu gün, 16:34

İrandakı beynəlxalq yarışda Azərbaycanı 20 güləşçi təmsil edəcək

Futbol
Bu gün, 16:30

Region Liqasının debütantı yarımfinalın ilk matçında qələbə qazandı

Futbol
Bu gün, 16:25

"Xankəndi" AFFA Regional Liqasının yarımfinal mərhələsinin ilk matçında böyük hesablı qələbə əldə edib

Futbol
Bu gün, 16:20

"Qaradağ Lökbatan" və "İmişli" cərimə ödəməli oldu

Gimnastika
Bu gün, 16:16

Bakıdakı Dünya Kuboku üçün iştirak ərizələrinin qəbuluna başlanılıb

Futbol
Bu gün, 16:10

Albaniya çempionu futbolçu: "Avropa klublarında Azərbaycanı təmsil etmək qürurvericidir" - MÜSAHİBƏ

Futbol
Bu gün, 16:00

"Mançester Yunayted"in maraq göstərdiyi futbolçu, London klubuna transfer olmaq üzrədir

Futbol
Bu gün, 15:54

AFFA tərəfindən cəzalandırılan futbolçu deyir: "Nə rəqibi döymüşəm, nə də ona zərbə endirmişəm"

Basketbol
Bu gün, 15:48

Zaur Paşayev: "Mən 'Sabah'ın final seriyasında 4:0 hesabı ilə qalib gələcəyini əvvəlcədən demişdim."

Digər
Bu gün, 15:40

İrina Zaretska birincidir

Futbol
Bu gün, 15:33

Futbolçularımızın "Udineze"də A Seriyası şansı: keçmişə nəzər

Basketbol
Bu gün, 15:26

Azərbaycanın 3x3 basketbol milli komandası sabah dünya çempionatına hazırlığa başlayır

Futbol
Bu gün, 15:20

İtaliya klubu Fabreqas üçün 100 milyon ayırmağa hazırdır, lakin bir şərtlə

Tennis
Bu gün, 15:04

Azərbaycan çempionatına start verildi - FOTO

Futbol
Bu gün, 15:00

Novruz Əzimov: "Sabah" avrokuboklara getməsə, faciədir."

Futbol
Bu gün, 14:59

Messinin qolu sənət əsəri kimi qəbul ediləcək

Digər
Bu gün, 14:46

Reytinqə hələ də Zaretska liderlik edir

Futbol
Bu gün, 14:40

Hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəza aldı

Tennis
Bu gün, 14:36

Azərbaycanda stolüstü tennis üzrə ölkə çempionatına start verilib

Gimnastika
Bu gün, 14:34

Azərbaycan bədii gimnastika komandası Avropa Kubokunda yarışacaq

Şahmat
Bu gün, 14:27

Faiq Həsənov: "Tək olsaydım, bacarmazdım" - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:24

Fabreqas söz verdi: Yay transferləri üçün 100 milyon avro büdcə ayrılacaq

Oxşar xəbərlər