top
Qarabağ və Şkendiya klublarının rəhbərləri arasında görüş keçirilib Sport24.az
12 avqust 2025, 18:52
- ↺ +

"Qarabağ" və "Şkendiya" klublarının rəhbərləri arasında görüş keçirilib

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Şkendiya" oyunu öncəsi iki klubun rəhbərliyi arasında görüş təşkil olunub. Sport24.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, qeyri-rəsmi nahar görüşündə "Qarabağ"ın prezidenti Tahir Gözel "Şkendiya"nın sahibi Lazım Destani və ailəsi, həmçinin hər iki klubun nümayəndələri bir araya gəlib. Tahir Gözel Şimali Makedoniyada keçirilən səfər matçı zamanı xoş qarşılanmaya və dəvətə görə "Şkendiya" klubunun rəhbərinə təşəkkürünü bildirib.

 

Destani ailəsi isə göstərilən xüsusi diqqətə və səmimi qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəmizin insanlarını, mədəniyyətini və zəngin mətbəxini çox bəyəndiklərini qeyd ediblər.

 

Səmimi söhbət iki klub, iki ailə və iki xalq arasında uzunmüddətli dostluq niyyətinin ifadəsi ilə yekunlaşıb. Həm "Qarabağ", həm də "Şkendiya" rəhbərliyi bugünkü oyunun iki dost komanda arasında centlmenlik və nümunəvilik ruhunda, yüksək rəqabət şəraitində keçəcəyinə əminliklərini ifadə ediblər.

 

Tahir Gözel görüşlə bağlı sayta təəssüratlarını bölüşüb. O, futbolun ən böyük gözəlliklərindən birinin müxtəlif ölkələrdən, mədəniyyətlərdən olan insanları bir araya gətirməsi olduğunu vurğulayıb:

 

"Şimali Makedoniyanın inkişafına mühüm töhfələr verən, alban-müsəlman icmasını yüksək səviyyədə təmsil edən hörmətli Destani ailəsi ilə tanış olmaqdan böyük məmnuniyyət hissi duyuram. Bizim söhbətlərimizdə həm ölkəmizin tarixi, Qarabağımızın hekayəsi, həm də ölkələr və insanlar arasında qurulan dostluq və biznes əlaqələri öz əksini tapdı. Destani ailəsi Şimali Makedoniyanın iqtisadi və sosial inkişafında mühüm rol oynayan, uğurlu layihələrə imza atan və nüfuz qazanmış hörmətli insanlardır. Onları tanımaqdan qürur duyuram".

Keçmiş uğurlara və sərgilədiyi yüksək keyfiyyətli oyuna görə "Şkendiya"nı təbrik edən Tahir Gözel bu axşam baş tutacaq matçın hər iki komanda üçün layiqincə keçəcəyinə inandığını söyləyib:

 

"Bugünkü həyəcanlı oyunda hər iki komandaya uğurlar arzulayıram. Hansı komanda qalib gəlsə, onu təbrik edəcəyik. Çünki qarşımızda layiqli rəqib və dostlarımız var. Lakin daha önəmlisi, belə bir mənəvi dəyər daşıyan qarşılaşmada iştirak etməkdir.

Sonda demək istəyirəm ki, biz təkcə futbol oynamırıq – dəyərləri, tarixi və birliyi təmsil edirik. Və bu gün burada yaşanan dostluq, bu dəyərlərin zəfəridir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Dünən, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Dünən, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Dünən, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Dünən, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Dünən, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Digər
Dünən, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Oxşar xəbərlər