top
Qarabağ Udineze ilə əməkdaşlıq edəcək Idman.biz
14 may 2025, 12:02
- +

"Qarabağ" "Udineze" ilə əməkdaşlıq edəcək

"Qarabağ" futbol klubunun İtaliyanın köklü komandalarından "Udineze" ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.

Ağdam təmsilçisindən İdman.biz-ə verilən məlumata görə, tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.

Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.

Razılaşmaya əsasən, "Qarabağ" Akademiyasının futbolçuları dövri olaraq "Udineze" klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu mühüm əməkdaşlığın qurulmasında klubun prezidenti Tahir Gözelin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. O, "Udineze" Futbol Klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub. Tahir Gözəlin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və "Qarabağ"ın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.

Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyanın üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərlə klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 01:37

Tayson Fyuri rinqə qayıtmayacağını açıqladı

Futbol
Bu gün, 00:56

"Qalatasaray" və "Latsio" heç-heçə razılaşıblar

Futbol
Bu gün, 00:52

"Qalatasaray" - "Latsio" Yoxlama Matçı 2:2 Hesabı ilə Başa Çatıb

Basketbol
Bu gün, 00:19

Luka Donçiç "Los-Anceles Leykers"lə 165 milyon dollarlıq müqavilə imzaladı

Futbol
Dünən, 23:45

"Şamaxı" heyətinə Bilal İsmayılovu cəlb edib

Futbol
Dünən, 23:18

Vinisius Juniorun "Real"la Müqavilə Danışıqları Maaş Üzərində Düyünə Düşüb

Futbol
Dünən, 22:53

"Turan Tovuz" Albaniya "Flamurtari"sinə məğlub oldu

Futbol
Dünən, 22:23

"Şamaxı"dan yeni transfer: Bilal İsmayılov RƏSMİ

Cüdo
Dünən, 22:14

Gənc Cüdoçularımız Avropa Kubokunda İlk Gündə 4 Medal Qazanıblar

Futbol
Dünən, 21:54

"Qəbələ" "İmişli"ni yoxlama oyununda məğlub etdi

Futbol
Dünən, 21:47

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli mövsüm hazırlıqları və Premyer Liqa hədəfi barədə danışıb

Güləş
Dünən, 21:38

U-17 Dünya Çempionatında Hüseyn İsmayılov qızıl, Hakim Tağıyev bürünc medal qazanıb

Tennis
Dünən, 21:29

"Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokuna start verildi

Futbol
Dünən, 21:24

"Sumqayıt" Qəbələdə "Şamaxı" və "Qəbələ" ilə qarşılaşacaq

Futbol
Dünən, 21:14

Mahir Emreli "Kayzerslautern"in hədəflərini açıqladı: "İlk üçlükdə yer almaq istəyirik"

Futbol
Dünən, 20:59

Messinin cangüdəni Yasin Çeuko matçlardan kənarlaşdırılıb

Futbol
Dünən, 20:55

"Nyukasl" Aaron Ramsdeyli icarəyə götürüb

Gimnastika
Dünən, 20:54

Nazim Babayev Qosanov Memorialında 3-cü yeri tutub

Olimpiada
Dünən, 20:40

Nazim Babayev Qosanov Memorialında bürünc medal qazanıb

Futbol
Dünən, 20:38

"Turan Tovuz" "Flamurtari"yə məğlub oldu: Türkiyədə qələbə yoxdur

Futbol
Dünən, 20:09

"Turan Tovuz" Türkiyədəki təlim-məşq toplanışında "Flamurtari"yə uduzub

Futbol
Dünən, 19:56

"Qarabağ"ın rəsmi onlayn fanşopu fəaliyyətə başladı

Futbol
Dünən, 19:55

Pep Qvardiolanın futboldan sonrakı həyatı: Barselonada sağlamlıq biznesinə sərmayə

Tennis
Dünən, 19:43

"Crocus Fitness Sea Breeze"də Beynəlxalq Padel Kuboku başladı: Azərbaycanla yanaşı 9 ölkədən idmançılar iştirak edir - FOTO

Oxşar xəbərlər