top
“Qarabağ” üçün 80-ci rəqib - STATİSTİKA İdman.biz
02 avqust 2024, 14:33
- ↺ +

“Qarabağ” üçün 80-ci rəqib - STATİSTİKA

"Ludoqorets" "Qarabağ"ın avrokuboklarda qarşılaşacağı 80-ci rəqib olacaq.

İdman.biz xəbər verir ki, Ağdam klubu indiyədək qitə yarışlarında 79 fərqli komanda ilə ümumilikdə 178 oyun keçirib.

Komandalar Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqlar. "Qarabağ" "Ludoqorets"in qitə miqyaslı turnirlərdə 67-ci rəqibi olacaq. Bolqarıstan avqustun 6-da Bakıda 150-ci oyununu keçirəcək. "Köhlən atlar" "Ludoqorets"in qapısından 200-cü topu keçirə bilər. Bunun üçün komandamız azı 3 qol vurmalıdır. Bolqarlar isə indiyədək 210 dəfə fərqlənib 197-ni buraxıblar.

Rəqibimiz 149 oyunda 53 qələbə qazanıb, 59 dəfə uduzub. "Qarabağ" qalib gələcəyi halda qonaqlar 60-cı məyusluğu elə Bakıda yaşayacaqlar.

Çempionlar Liqası çərçivəsində "Ludoqorets" 68 oyunda 25 qələbə qarşılığında 28 məğlubiyyət alıb. "Qarabağ" hər iki oyunda üstün olarsa rəqibinin məğlubiyyətlərini 30-a çatdıra bilər. Müqayisə üçün deyək ki, "Qarabağ" Çempionlar Liqasında 53 oyunda 23 qələbə qazanıb və 12 dəfə məyus olub. "Ludoqorets"in 1 nömrəli qitə klub yarışında top fərqi 101-92-dir.

Bolqarlar Çempionlar Liqasında 2 dəfə qrupda oynayıblar. 2014-2015-ci illər mövsümündə qrupda 1 qələbə, 1 heç-heçə, iki il sonra 3 heç-heçə ilə fərqləniblər. "Ludoqorets"in Çempionlar Liqasında ən böyük qələbəsi 2018-ci ildə Şimali İrlandiya "Kruseyders"i (7:0) üzərində, ən böyük məğlubiyyəti isə 2016-cı ildə London "Arsenal"ından (0:6) olub.

"Qarabağ"ın rəqibi Çempionlar Liqasında son 6 səfər oyununun hamısında uduzub.

Cari qitə mövsümündə bolqar klubu iki "Dinamo"nu – batumililəri və minskliləri yolundan kənarlaşdırıb. Hər iki rəqabətdə "Ludoqorets" evdə iki top üstünlük qazanması sayəsində səfərdəki 0:1-lik məğlubiyyətə bir o qədər də məyus olmayıb.

Qeyd edək ki, Azərbaycan çempionu "Ludoqorets"lə ilk matçı avqustun 6-da Bakıda keçirəcək.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:11

18 dekabrda Gənclər və İdman Nazirliyi 'Üzgüçülük hamı üçün' yarışına start verəcək

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Oxşar xəbərlər