top
Qarabağ Turan Tovuzu geridönüşlə məğlub etdi və lider oldu - YENİLƏNİB + VİDEO Idman.biz
17 oktyabr 2025, 20:55
- ↺ +

"Qarabağ" "Turan Tovuz"u geridönüşlə məğlub etdi və lider oldu - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Qarabağ" oyunu başa çatıb.

İdman.Biz bildirir ki, qarşılaşmada Ağdam klubu qalib gəlib - 2:1.

Bu qələbədən sonra "Qarabağ" 16 xalla çempionatda liderliyi ələ alıb. Tovuz təmsilçisi 15 xalla ikinci yerdədir.

20:26

"Turan Tovuz" - "Qarabağ" oyununda sonuncular hesabda irəli çıxıb.

İdman.Biz bildirir ki, 63-cü dəqiqədə Ağdam klubunun oyunçusu Zubir fərqlənib - 1:2.

20:19

"Turan Tovuz" - "Qarabağ" oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə Ağdam klubunun oyunçusu Nəriman Axundzadə fərqlənib - 1:1.

20:07

"Turan Tovuz" - "Qarabağ" oyununda ikinci yarı start götürüb.

İdman.Biz bildirir ki, ilk hissədən sonra "Turan Tovuz" 1:0 hesabı ilə irəlidədir.

19:49

Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Qarabağ" oyununda ilk yarı bitib.

İdman.Biz bildirir ki, 45 dəqiqədən sonra qarşılaşmada Tovuz təmsilçisi irəlidədir - 1:0.

19:41

"Turan Tovuz" - "Qarabağ" oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 40-cı dəqiqədə Serrano penaltidən Tovuz klubunu hesabda irəli çıxarıb.

19:01

Misli Premyer Liqasının VIII turunun "Turan Tovuz" - "Qarabağ" oyunu start götürüb.

İdman.Biz bildirir ki, oyunu hakim Elçin Məsiyev idarə edir.

18:06

"Turan Tovuz" Misli Premyer Liqasının VIII turunda "Azersun Arena"da "Qarabağ"ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 19:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 3. Enrike Silva 99. Vadji İbrahima.
Baş məşqçi: Kurban Berdiyev

"Qarabağ": 99. Mateus Koxalski 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 6. Kris Kuaku 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov

09:28

Bu gün Misli Premyer Liqasında VIII turun ikinci oyunu "Qarabağ"la "Turan Tovuz" arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.

Tovuz klubu 15 xalla çempionatın lideridir. Rəqiblərindən bir görüş az keçirən Ağdam təmsilçisi 13 xalla üçüncüdür.

Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr

19:00. "Turan Tovuz" – "Qarabağ"
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
"Azərsun Arena"

Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Dünən, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Dünən, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Dünən, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Dünən, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
27 sentyabr 2026, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
27 sentyabr 2026, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
27 sentyabr 2026, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
27 sentyabr 2026, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
27 sentyabr 2026, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
27 sentyabr 2026, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Oxşar xəbərlər