top
“Qarabağ” “Tottenhem”i nələrdə üstələyib? – STATİSTİKA İdman.biz
27 sentyabr 2024, 14:27
- ↺ +

“Qarabağ” “Tottenhem”i nələrdə üstələyib? – STATİSTİKA

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk matçında 3 cavabsız qolla məğlub oldu. Ancaq Oyunun statistikası heç də bu nəticəyə uyğun deyildi.

İdman.biz qarşılaşmanın statistik göstəricilərini nəzərdən keçirib.

Oyunun böyük hissəsini çoxluqda keçirməyinin hesabına olsa da, böyük hesabla uduzmağına rəğmən "Qarabağ" bir çox göstəricilərdə rəqibinə heç də uduzmadı. Hətta bəzi məqamlarda üstün oldu.

Komandaların, onların oyunçularının, iştirak etdiyi çempionatlarının səviyyəsində, klubların maliyyəsində böyük fərqə və matçın Londonda keçirilməsinə baxmayaraq, "Tottenhem"in topa sahibolmada üstünlüyü cüzi oldu – 53 faizin 47-yə.

Qurban Qurbanovun komandasının 39 hücumuna qarşı tərəf 37 hücumla cavab verdi.

Hər iki komandanın qapı istiqamətinə zərbəsinin sayı 5 oldu. Ancaq daha effektli olan ingilislər bunlardan 3-nü qola çevirdiyi halda, "Qarabağ" çərçivəyə düşə bilmədi.

Ümumiyyətlə, qapıya zərbələrin sayında ağdamlıların üstünlüyü nəzərəçarpacaq idi – 14-ün 10-a. Əgər uzaq zərbələrin sayı hər iki tərəfdə 4 idisə, cərimə meydança daxilindən futbolçularımızn 10 zərbəsinə rəqib 6-sı ilə cavab vermişdi. Komandamızda iki top qapı dirəyinə tuş gəldiyi halda, ev sahiblərinin hücumlarında belə hal yaşanmadı. "Qarabağ"ın 1 zərbəsi bloka alındısa, rəqibin 3 zərbəsini müdafiəçilərimiz blokladılar. Mateuş Koxalski 2 dəfə seyv edə bildisə, oyunun nəticəsinə əsaslı təsir edən matçın ən yaxşı oyunçusu Quqlielma Vikario 6 seyvlə yadda qaldı.

"Qarabağ"ın 490 ötürməsindən 419-u dəqiq oldu, "Tottenhem"in 468 ötürməsindən 413-ü. Faiz göstəricisində londonlular cüzi üstündürlər – 85,5-in 88.2-yə. "Qarabağ" asmaların sayında rəqibi xeyli üstələdi. Ağdamlıların 24 asmasından 8-i uğurlu alınıb, meydan sahiblərində 10-dan 3-ü. Faiz baxımından "Köhlən atlar"ın cüzi üstünlüyü var – 33,3-ün 30-a. Uzun ötürmələrdə qonaq komanda 45-dən 27-də (60%) dəqiq olubsa, ev sahiblərində bu göstərici aşağıdır – 28-dən 13-dür (46%).

Topu ələ keçirmədə Azərbaycan klubu 29-11, birbaşa ayaqdan topalmada 14-13 öndədir. Top çıxarmada komandamız 8-22 geridədir. Cərimə zərbələrində minimal fərq qarşı tərəfin xeyrindəir – 13-12. "Qarabağ" oyunda 9 künc zərbəsi vurduğu halda, Postekoqlunun komandası cəmi 3 dəfə topu künc nöqtəsindən oyuna daxil edib. Meydan sahibləri 2 dəfə, qonaqlar 6 dəfə ofsayda düşüb.

Təkbətək mübarizələrin 65 faizində (69-dan 45-də) Azərbaycan futbolçuları qalib olublar. Hava mübarizəsində isə ingilis futbolunun nümayəndələri onlar haqqında bu barədə olan təsəvvürləri yanıltmayıblar – 85 % (13-dən 11). Ən aşağı rəqəmlər 279 ötürməsindən 199-u dəqiq olan "Union"dadır.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər