top
Qarabağ Şkendiya klubu haqqında məlumat yayımladı Sport24.az
02 avqust 2025, 12:40
- ↺ +

"Qarabağ" "Şkendiya" klubu haqqında məlumat yayımladı

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Ağdam təmilçisi rəqibi haqda məlumat paylaşıb:

 

"Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə qoyulub. Bir müddət sonra fəaliyyətini dayandıran klub 1992-ci ildə bərpa edilib. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan "Şkendiya" addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb. Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş mükafat da var.

 

2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan "Şkendiya" üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.

 

Avrokuboklarda 2011-ci ildə debüt edən klubun ən böyük uğuru pley-off mərhələsində iştirakdır. "Şkendiya" 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb. Cari mövsümdə isə "Şkendiya" tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib.

 

Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FKSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. 2008-09-cu illərdə komandamızda oynayan Zəkəriyə Ramazani 16 il əvvəl klubumuzdan "Şkendiya"ya keçib. 2011-12-ci illərdə Ağdam klubunda çıxış etmiş Nderim Nedzipi də "Şkendiya"ya "Qarabağ"dan yollanıb".

 

Xatırladaq ki, Azərbaycan çempionunun şimali makedoniyalılarla ilk oyunu avqustun 5-də səfərdə olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Oxşar xəbərlər