"Qarabağ" heyətini "Srvena Zvezda"nın hücumçusu Şerif Ndiaye ilə gücləndirmək istəyib.
Ağdam təmsilçisi transfer siyahısında yer almış seneqallı forvarda prioritet kimi baxmayıb. Amma istənilən halda, klub təcrübəli hücumçu ilə kontakta keçib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, "Qarabağ" Şerif Ndiayenin keçidini qışda həll etməyə çalışacaq.
Futbolçunun özü də Ağdam klubuna keçidə müsbət yanaşır. 29 yaşlı forvardın "Srvena Zvezda" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Seneqal millisində cəmi 1 oyuna çıxmış hücumçu "Vaasland-Beveron", "Qoritsa", "Göztepe", "Şanxay Port", "Adana Demirspor"da çıxış edib.
İdman.biz