UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Dublin şəhərində "Şelbrun"la (İrlandiya) qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən səfərə aparılmayıb.
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də "Tolka Park"da start götürəcək.
İdman.biz