"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, UEFA iyulun 23-də Dublində təşkil olunacaq görüşü Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.
Matçın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
"Qarabağ"ın "Şelburn"la ilk oyununun hakimləri
23 iyul
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Ante Çulina
Baş hakimin köməkçiləri: Luka Puşiç, İvan Mihali
Dördüncü hakim: Mateo Erceq
VAR: Mario Zebec
AVAR: Tixomir Pejin
Tolka Park stadionu
İdman.biz