top
“Qarabağ” səfər qələbələrindən sonra İdman.biz
30 iyul 2024, 15:30
- ↺ +

“Qarabağ” səfər qələbələrindən sonra

Bu gün avrokuboklarda 68-ci qələbəsi üçün 178-ci matçına çıxacaq "Qarabağ" əvvəllər səfər qələbəsi qazandığı 13 rəqabətdən 12-dən sonra mərhələ adlayıb.

İdman.biz "Qarabağ"ın qitə turnirlərində evdən kənardakı belə oyunlarını nəzərdən keçirib.

"Köhlən atlar"ın yeganə uğursuz təcrübəsi 2019-cu ildə Çempionlar Liqasının 3-cü mərhələsində olub. Kiprdə "Apoel"i 2:1 hesabı ilə məğlub edən Ağdam klubu evdə 0:2 hesabı ilə uduzub.

Çempionlar Liqasında debütünü 2014-cü ildə 2-ci mərhələdə Maltada "Valetta" üzərində 1:0-lıq qələbə ilə qeyd edən komandamız evdə rəqib qapısından 4 cavabsız top keçirib. 4 il sonra Lyublyanada "Olimpiya"nı 1-ci mərhələ matçında yeganə qolla üstələyən ağdamlılar sloveniyalılarla cavab oyununda qolsuz heç-heçə ilə növbəti mərhələyə yüksəlib. Ötən mövsümün birinci mərhələsində isə Qurban Qurbanovun komandası indiki rəqib "Linkoln"u Cəbəllütariqdə 2:1 hesabı ilə məğlub etdikdən sonra Bakıda 4:0-lıq qələbə qazanıb.

"Qarabağ" Avropa Liqasında ilk matçda qələbə qazandığı 8 rəqabətin hamısında mərhələ adlayıb. Komandamız bu 8 rəqabətin 6-da ev oyununda qalib gəlməklə, 2-də heç-heçə etməklə istəyinə nail olub.

1 dəfə də İntertoto Kubokunda səfər qələbəsi ardından ev məğlubiyyəti Ağdam klubuna mərhələ adlamağa mane olmayıb.

Qeyd edək ki, 1 həftə öncə "Linkoln"a Cəbəllütariqdə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Oxşar xəbərlər