top
Qarabağ rəsmisi: Azərbaycanı Avropa Klublar Birliyinin İşçi qrupunda layiqincə təmsil etməyə çalışacağam Report.az
02 aprel 2025, 15:40
- ↺ +

"Qarabağ" rəsmisi: "Azərbaycanı Avropa Klublar Birliyinin İşçi qrupunda layiqincə təmsil etməyə çalışacağam"

Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilməsi barədə danışarkən deyib.

Futbol funksioneri yeni fəaliyyətə başlayan qrupa üzv seçilməyin həyəcanverici olduğunu söyləyib:

"Klub tərəfindən namizədliyim irəli sürülmüşdü. Daha sonra ECA-da səsvermə nəticəsində qrupa üzv seçildim. Təbii ki, seçilməyənlər də oldu. Bu səbəbdən özümü şanslı hesab edə bilərəm. Cəmi 20 ölkənin təmsilçiləri qrupa üzv ola bildilər. Yəqin ki, araşdırılıb və kim xeyir verə bilərsə, onlara üstünlük verilb".

O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən qurumun fəaliyyətinin Azərbaycan futbolu üçün xeyirli olacağına inandığını bildirib:

"Nəzərdə tutulub ki, mövsümün sonuna qədər qrup üzvləri bir araya toplaşsın və azarkeşlərlə iş üzrə müəyyən məsələlər müzakirə edilsin. Həmin iclasda bütün detalları öyrənəcəyik. İndidən nəsə demək çətindir. İnanıram ki, Azərbaycan futbolu üçün yararlı işlər də ortaya çıxacaq. Öz növbəmdə Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam".

Qeyd edək ki, A.Hacıyev 25 ölkədən irəli sürülən namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində "Yuventus", "Tottenhem", "Çelsi", "Betis", PSV, "Leyptsiq" kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq. İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrup azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər