Misli Premyer Liqasının VI turunun ilk oyun gününə Suraxınada yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "doğma divalar" arasında "Qəbələ"ni qonaq edir.
Heç şübhəsiz ki, oyunun favoriti meydan sahibləridir. Ancaq ötən tur mövsümdə ilk qələbəsini rəsmiləşdirən "Qəbələ"nin də asan təslim olacağını söyləmək olmaz. Kaxaber Tsxadadzenin əsasən gənclərdən qurulmuş komandası əvvəlki görüşlərdə əzmkarlığı ilə yadda qalıb.
Qeyd edək ki, turun digər oyunları sabah və birigün keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. "Azersun Arena".