top
Qarabağ PSJ üzərində qələbəyə ümid edir Idman.biz
07 may 2025, 14:27
- ↺ +

"Qarabağ" PSJ üzərində qələbəyə ümid edir

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, PSJ – "Arsenal" matçının nəticəsi Azərbaycan çempionu "Qarabağ" üçün də önəm daşıyır.

Parisdəki görüş Qurban Qurbanovun yetirmələrinin Çempionlar Liqasındakı taleyini müəyyənləşdirə bilər. Ağdam klubuna Fransa çempionunun iki oyunun yekunundakı qələbəsi lazımdır.

Əgər PSJ mərhələni keçsə, "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinə 1-ci deyil, 2-ci təsnifat mərhələsindən başlayacaq. Bir sözlə, çempionumuz parislilərlə eyni vaxtda mərhələ adlamış kimi olacaq.

Çünki belə olsa, finalda "İnter"lə PSJ oynayacaq. Bu komandaların ikisi də artıq Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Bu da o deməkdir ki, turnirin qalibi olacaq komanda artıq növbəti mövsüm üçün yerini təmin edib.

Belə olduğu üçün Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı klublardan ən yüksək reytinqlisi birbaşa Liqa mərhələsinə yüksələcək. Bu da Yunanıstan çempionu "Olimpiakos"dur.

Pirey təmsilçisi əslində 2-ci təsnifat mərhələsindən mübarizəyə başlamalıdır. Lakin Çempionlar Liqasını başı üzərinə qaldıracaq komandanın turnirə vəsiqəni artıq qazanmış olması "Olimpiakos"u Liqa mərhələsinə daşıyacaq.

2-ci təsnifat mərhələsində bir komandanın azalması isə ilk raundda oynamalı olan klublara təsir edəcək. Buradan iki ən reytinqli komanda növbəti mərhələyə keçiriləcək. Yalnız "Slovan"la müqayisədə reytinqi aşağı olan "Qarabağ" ikinci nəticə ilə ilk raunddan azad ediləcək.

Bu, ilk belə hadisə deyil. Cari mövsümdən tətbiq olunan yenilikdən bir dəfə də faydalanan "Qarabağ" yarışa II təsnifat mərhələsindən başlamışdı.

Mərhələni PSJ-nin deyil, "Arsenal"ın adlaması da Azərbaycan çempionunun 2-ci təsnifat mərhələsinə keçrilməməsi anlamına gəlmir. Bunu bacaracağı halda "topçular" Premyer Liqanın qarşıdakı turlarında Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini təmin edən kimi "Qarabağ"la "Slovan"ı 2-ci təsnifat mərhələsinə daşıyacaq. Finişə 3 tur qalmış 67 xalla 2-ci olan londonlular növbəti oyunda bu vəzifənin öhdəsindən gələ bilər.

Əgər "Arsenal" PSJ-ni keçsə, amma çempionatdan Çempionlar Liqasına vəsiqə qazana bilməsə, "Qarabağ"ın ümidləri finala bağlanacaq. Onda təmsilçimizin mərhələdən azad olması mayın 31-də "İnter"in londonluları məğlub etməsindən asılı olacaq.

Qeyd edək ki, PSJ - "Arsenal" görüşü saat 23:00-da başlayacaq. Londondakı ilk qarşılaşmada parislilər 1:0 hesablı qələbə qazanıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Oxşar xəbərlər