top
Qarabağ Nyukasla böyük hesabla uduzub: Matçın gedişatı və qollar - YENİLƏNİB-9 Report.az
18 fevral 2026, 23:38
- +

"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzub: Matçın gedişatı və qollar - YENİLƏNİB-9

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

23:19

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında qonaqlar daha bir qol vurublar.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda rəqib komanda üstünlüyünü bir qədər də möhkəmləndirib - 6:1.

72-ci dəqiqədə Ceykob Merfi fərqlənib.

23:02

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:5.

55-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib komandanın qapısını dəqiq nişan alıb.

22:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl"ın 5:0 hesablı üstünlüyü var.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

22:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda "Nyukasl" fasiləyə 5:0 hesabı ilə öndə yollanıb.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

22:31

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında növbəti qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 5:0.

45+1-ci dəqiqədə Entoni Qordon özünün dördüncü qolunu vurub.

22:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında daha bir qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 4:0.

34-cü dəqiqədə Entoni Qordon het-trik edib.

22:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:0.

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dubl müəllifi olub.

21:55

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.

9-cu dəqiqədə Malik Tşau diqqət mərkəzinə düşüb.

21:49

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçında hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabda irəli çıxıblar.

3-cü dəqiqədə Entoni Qordon fərqlənib.

21:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" (İngiltərə) matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Bu gün, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Bu gün, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Bu gün, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Bu gün, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Bu gün, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Bu gün, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
Dünən, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
Dünən, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
Dünən, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
Dünən, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Minifutbol
Dünən, 18:39

“Aznur” Çempionlar Liqasının ilk matçını məğlubiyyətlə tamamladı

Basketbol
Dünən, 18:29

“Sumqayıt” basketbol klubu Rustam Əliyevi transfer etdi

Futbol
Dünən, 17:02

Araz-Naxçıvanın yeni baş məşqçisi: “Məqsədimiz üst sıralara qalxmaqdır”

Qarabağ FK
Dünən, 16:34

U-20 millimizin Qəbələdəki ikinci mərhələli təlim toplanışı üçün heyət açıqlanıb

Futbol
Dünən, 16:23

“Araz‑Naxçıvan” futbol klubu Yuri Maksimovu yeni baş məşqçi kimi təyin etdi

Futbol
Dünən, 14:43

Azər Bağırov: Milli komandaya çağırılan oyunçular formda

Voleybol
Dünən, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Dünən, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Dünən, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Dünən, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
22 sentyabr 2026, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
22 sentyabr 2026, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Oxşar xəbərlər