top
Qarabağ - Nyukasl: Çempionlar Liqasının pley-offunda arzu reallığa çevrilir Idman.biz
18 fevral 2026, 16:16
- ↺ +

"Qarabağ" - "Nyukasl": Çempionlar Liqasının pley-offunda arzu reallığa çevrilir

Bu axşam "Qarabağ" futbol klubu üçün bir vaxtlar arzu kimi səslənən reallığa çevrilir - Çempionlar Liqasının pley-off mərhələsinin qarşılaşması. Təbii ki, Avropanın ən güclü 24 komandası arasında yer almaq artıq böyük uğurdur.

İdman.Biz xəbər verir ki, "Nyukasl"la qarşılaşmanın ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Belə duellərdə çox vaxt komandaların ümumi səviyyəsindən daha çox, məhz "indi və burada"kı durumu həlledici olur.

№Nyukasl" Bakıya çətin dövrdən sonra gəlir. Eddi Haunun komandası Premyer Liqada "Tottenhem"i (2:1), daha sonra İngiltərə Kubokunda "Aston Villa"nı (3:1) məğlub edərək özünəinamı bərpa edib. Halbuki bundan əvvəl "Liverpul"a (1:4), "Brentford"a (2:3) uduzmuş, Liqa Kubokunda isə "Mançester Siti"yə (1:3) məğlub olaraq mübarizəni dayandırmışdı. Yəni Bakıya yenidən qalibiyyət ritmini tutan, amma yaxın keçmişdə zəif görünən rəqib gəlir.

Oxşar, lakin daha kiçik miqyasda vəziyyət "Qarabağ"da da yaşanıb. "Kəpəz"ə 0:2 hesablı məğlubiyyətdən sonra Qurban Qurbanovun komandası toparlanaraq "Şamaxı" (2:1) və "İmişli" (1:0) üzərində səfər qələbələri qazanıb. Bu oyunlar parlaq olmasa da, vacib məqamı göstərdi: "Qarabağ" yenidən praqmatik və diqqətli futbol oynamağa başlayıb. Avrokuboklarda isə məhz bu keyfiyyət daha dəyərlidir.

Cari mövsümdə ağdamlıların Bakıda keçirdiyi Avropa oyunlarını bir detal birləşdirir - komanda mütləq qol vurur. "Kopenhagen" (2:0), "Çelsi" (2:2), "Ayaks" (2:4), "Ayntraxt" (3:2) ilə matçlarda meydan sahibləri şansını tapıb. "Nyukasl"ın səfər statistikası isə fərqlidir: "Union Sen-Jillua" üzərində 4:0 hesablı qələbə istisna olmaqla, "Marsel" (1:2), "Bayer" (2:2) və PSJ (1:1) ilə oyunlarda ingilislər qapılarını toxunulmaz saxlaya bilməyiblər. Bu, favorit statusunu zəiflətməsə də, oyunun ssenarisinə işarə edir – meydan sahiblərinin imkan pəncərələri olacaq və onlardan maksimum istifadə etmək lazımdır.

Qurban Qurbanov azarkeşləri narahat edən məqamlara da toxunub: qapıçı Mateuş Koxalskinin oynaması gözlənilir, Leandro Andrade ilə bağlı suallar qalsa da, onun meydana çıxmaq ehtimalı yüksəkdir. Qonaqlarda isə yarımmüdafiədə itkilər var – xüsusilə Bruno Gimarayeşin yoxluğu hiss oluna bilər.

"Nyukasl"ın əsas təhlükəsi topu tez bir zamanda hücuma çevirməsidir. Onlara qısa epizod kifayətdir ki, topu cərimə meydançasına çatdırıb təzyiq yaratsınlar. "Qarabağ" üçün əsas məsələ tempə nəzarətdir – sürət naminə sürət yox, təzyiqi dəf edib rəqibin boşluq buraxdığı anı gözləmək. Ağdamlılar məhz belə fasilələrdə ən təhlükəli olurlar.

Bakıdakı oyun paradoksal ola bilər: matç nə qədər uzun müddət bərabər getsə, meydan sahiblərinin şansı bir o qədər artacaq. "Nyukasl" üçün bu, böyük Avropa yolunun bir mərhələsidir. "Qarabağ" üçün isə tribunaların enerjisi və inamın məntiqi dəyişə biləcəyi xüsusi bir axşamdır.

Emosiyalar - bəzən təcrübəsiz komandalar üçün problem olan amil - bu dəfə ağdamlıların əsas müttəfiqinə çevrilə bilər. "Qarabağ" artıq tarixi nəticəyə imza atıb. Amma komanda axını tutarsa, İngiltərə təmsilçisinin qalası da sarsıla bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Oxşar xəbərlər