top
Qarabağ - Neftçi derbisi: tribunaların rəqabəti və azarkeş qarşıdurmaları Idman.biz
07 noyabr 2025, 17:25
- ↺ +

"Qarabağ" - "Neftçi" derbisi: tribunaların rəqabəti və azarkeş qarşıdurmaları

Azərbaycan futbolunun ən əsas derbisi sayılan "Qarabağ" - "Neftçi" oyunu artıq çoxdan təkcə futbolçuların deyil, həm də tribunaların duelinə çevrilib.

İdman.Biz xəbər verir ki, bu komandalar arasında keçirilən hər bir matç, o cümlədən noyabrın 9-da baş tutacağı gözlənilən qarşılaşma, azarkeşlərin vizual və məna baxımından bir-birinə yönəlmiş dialoqu ilə müşayiət olunacağı istisna edilmir. Belə ki, bu derbidə bannerlər, şüarlar və xoreoqrafiyalar artıq qarşılaşmanın ayrılmaz hissəsinə çevrilib.

"Neftçi"nin sektoru ənənəvi olaraq klubun tarixi statusu ideyasına irəli sürür. Bunun ən parlaq nümunələrindən biri keçmiş derbidə açılan "Ata qocalanda yük oğula düşür" yazılı banner və "ata" obrazında taclı personajla yanaşı "Qarabağ"ın simvolu olan at təsviridir. Mesaj aydındır: "Neftçi" özünün köklü klub olduğunu nəzərə çatdırır, Ağdam təmsilçisi isə "gənc nəsil" kimi təqdim olunur.

Başqa bir qarşılaşmada paytaxt klubunun azarkeşləri televiziya oyunu "Milyonçu"nun üslubunda hazırlanmış banner açaraq, "Qarabağ"ın təsis ilini bir neçə variantdan düzgün seçmək şəklində zarafatlı test təqdim etmişdilər. Bu addım rəqibin tarixi ilə bağlı mübahisələrə incə eyham vuraraq, derbinin ən çox müzakirə olunan anlarından birinə çevrilmişdi.

Öz növbəsində "Qarabağ" azarkeşləri də yaradıcılıq məsələsində geri qalmır. Belə ki, oyunlardan birində "Neftçi"nin "çətin vəziyyətinə" eyham vuran yazılarla bəzədilmiş vaqon təsvirli nümayiş etdirmişdi.

Sonralar "Neftçi" klubunda "Yaxşı olacaq" şüarı fəal şəkildə istifadə ediləndə, Ağdam sektoru ardıcıl uğursuzluqlardan sonra qısa, amma təsirli cavabla çıxış etdi: "Yaxşı olmadı." Beləcə, reklam şüarı ironik məna qazanaraq, son illərdə "Qarabağ"ın üstünlüyünü vurğulayan bir ifadəyə çevrildi.

Bəzən isə bu simvolik dialoq daha sərt müstəviyə keçirdi. 2025-ci ilin fevralında Bakıda keçirilən derbidən öncə stadion yaxınlığında iki klubun azarkeşləri arasında qarşıdurma yaşanmış, bir neçə nəfər polis tərəfindən saxlanılmışdı. 2024-cü ilin payızında isə "İmarət" və "Forza Neftçi" fan-hərəkatlarının nümayəndələri arasında arena ərazisində baş vermiş insident hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə tezliklə aradan qaldırılmışdı.

Bir sıra oyunlarda hüquq mühafizə orqanları pirotexnikadan istifadə, meydana müxtəlif əşyaların atılması və qonaq sektorlarında oturacaqların zədələnməsi hallarını qeydə almış, hər iki kluba bu səbəbdən cərimə və xəbərdarlıqlar tətbiq edilmişdi. Bu epizodlar lokal xarakter daşısa da, ölkənin əsas derbisi ətrafındakı emosional gərginliyin miqyasını aydın şəkildə göstərirdi.

Zaman keçdikcə bannerlər, söz atışmaları və bəzən açıq qarşıdurmalar bu derbinin özünəməxsus mədəniyyətinə çevrilib. Azarkeşlər hər oyuna əvvəlcədən hazırlaşır, mesajlarını düşünür və rəqibdən gələcək cavab addımlarını gözləyirlər. Elə bu gərgin, amma canlı atmosfer sayəsində "Qarabağ" və "Neftçi"nin görüşləri təkcə üç xal uğrunda mübarizə deyil, Azərbaycan futbolunun hüdudlarını aşan xüsusi qarşılaşmalara çevrilir.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Oxşar xəbərlər