"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Lent.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olub.
İtaliyada baş tutan görüşə saat 00:00-da start verilib.
Gərgin keçən matçda təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.
UEFA Çempionlar Liqası
V tur
25 noyabr
00:00 Napoli – Qarabağ 2:0
****
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada "Napoli" və "Qarabağ" komandaları arasında keçirilən V tur oyununda ikinci hissə başlayıb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada "Napoli" və "Qarabağ" komandaları arasında keçirilən V tur oyunu start götürüb.
Lent.az xəbər verir ki, "Dieqo Armando Maradona" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.