"Qarabağ"ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist 1925" klubu ilə görüşdə qüvvəsini sınayacaq.
Qarşılaşma iyulun 7-də baş tutacaq.
İdman.biz