"Qarabağ" klubu daha bir ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin aparıcı futbolçularından sayılan Mateus Silva cəzalı duruma düşüb.
Buna 28 yaşlı müdafiəçinin Misli Premyer Liqasının 22-ci turunda "Sabah"la heç-heçə etdikləri matçda sarı vərəqə alması səbəb olub.
Braziliyalı oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün 23-cü turda "Araz-Naxçıvan"la matçda iştirak edə bilməyəcək.
Ağdam klubunda Kadi Borges cəzalı, Bəhlul Mustafazadə isə zədə səbəbindən həmin oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu martın 8-də baş tutacaq.