top
“Qarabağ” Liqa mərhələsinin ekvatorunda – STATİSTİKA İdman.biz
09 noyabr 2024, 10:31
- ↺ +

“Qarabağ” Liqa mərhələsinin ekvatorunda – STATİSTİKA

Avropa Liqasının Liqa mərhələsi ekvator xəttinə çatıb. "Qarabağ" bu xəttə çatanda mərhələdə ilk xallarını əldə edib.

İdman.biz Ağdam klubunun futbolçularının mərhələnin birinci yarısı üçün statistik göstəricilərini nəzərdən keçirib.

4 oyunda Qurban Qurbanov meydana 20 futbolçu çıxarıb. 10 futbolçu bütün oyunlarda forma geyinib. Ancaq onlardan heç biri 4 oyunu əvvəldən axıra qədər oynamayıb. Meydanda ən çox Olavio Juninyo olub – 350 dəqiqə. Abdullah Zubir 343, Bədavi Hüseynov 293, Yassin Benzia 289, Patrik Andrade 280 dəqiqə meydanda olub. Ən az oynayan Nəriman Axundzadə və Marko Veşoviç isə cəmi 1 dəqiqə şans qazanıblar.

3 qol Olavio Juninyo, Abdullah Zubir və Tural Bayramovun hesabındadır. 2 məhsuldar ötürməni Abdullah Zubir və Yassin Benzia veriblər.

"Qarabağ"ın 11 futbolçusu qapıya zərbə endirib. Juninyonun 9 zərbəsindən 4-ü qapı çərçivəsinə gedib. Benzia 7, Zubirlə Toral isə 5 zərbədən 2-sini qapı çərçivəsinə göndərib. Patrik Andradenin 3 zərbəsindən, Leandro Andrade ilə Elvin Cəfərquliyevin isə 2 zərbəsindən 1-i dəqiq olub. Emmanuel Addai 3, Abbas Hüseynov, Bəhlul Mustafazadə və Aleksey Kaşşuk 1 zərbədən qapını tapa bilməyiblər.

Benzianın 3, Addainin 2, Toral, Leandro və Elvinin 1 zərbəsi bloka alınıb.

Komandada 100 faizlik ötürmə göstəricisi tək Aleksey İsayevdədir. Ancaq o, meydanda olduğu 6 dəqiqədə cəmi 3 ötürmə verib. Bəhlul Mustafazadənin 95,7, Juloi Romanonun 94,3, Bədavi Hüseynovun 90,5 Kevin Medina və Abbas Hüseynovun 87,3 faiz ötürməsi ünvana çatıb. Ən çox ötürməni Zubir verib. Onun 213 ötürməsinin 178-i dəqiq olub. Medina 159 (139 dəqiq), Cəfərquliyev 155 (124), Benzia 146 (117), Yankoviç 146 (115), Bədavi 145 (130) ötürmə verib. Axundzadə və Veşoviç meydanda olduqları 1 dəqiqədə ötürmə verməyə imkan tapmayıblar.

Sərbəst zərbələri ən çox Mateuş Koxalski 12, Medina 11, Benzia və Yankoviç 8, Cəfərquliyev 5 dəfə yerinə yetirib.

Künc zərbələri cəmi 4 futbolçu vurub. Benzia 15, Zubir 4, Yankoviç 2, Cəfərquliyev 1 dəfə künc bayrağına yaxınlaşıb.

Juninyo 5 dəfə offsayda düşüb. Benzia, Zubir, Cəfərquliyev, Mustafazadə və Silva 1 dəfə oyundan kənar vəziyyətdə olublar.

Bədavi 24, Medina 18, Abbas Hüseynov 17, Romao 14, Patrik və Cəfərquliyev 13 dəfə topu komandasına qazandırıb.

Patrik 13, Medina 10, Romao və Benzia 6, Yankoviç 5 dəfə təkbətək mübarizədə iştirak edib.

Təhlükəni sovuşdurmaq üçün Bədavi 11, Medina və Abbas 7, Bəhlul 6, Toral 5 dəfə topu çıxarıb.

Qapıçılardan Koxalski 3 oyuna 7, Buntiç 1 oyuna 2 qol buraxıb. Seyvlərin sayı müvafiq olaraq 14 və 3-dür.

Hakimlər "Qarabağ"ın 7 futbolçusunu cəzalandırıb. Romao və Cəfərquliyev qırmızı vərəqə görüblər. Cəfərquliyev 3, Medina 2, Benzia, Yankoviş, Abbas və Koxalski 1 sarı vərəqə alıb.

Juninyo, Medina və Patrik 7, Romao 6, Benzia 5 dəfə qayda pozublar. Rəqib follarına daha çox məruz qalanlar isə Yankoviç (14), Zubir (8) və Benziadır (4).

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Oxşar xəbərlər