top
Qarabağ Kopenhageni məğlub etdi: Çempionlar Liqasında Ağdam təmsilçisindən qələbə Idman.biz
Bu gün, 22:37
- +

"Qarabağ" "Kopenhagen"i məğlub etdi: Çempionlar Liqasında Ağdam təmsilçisindən qələbə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsindəki xallarının sayını 6-ya çatdırıb. İlk oyunda ağdamlılar Lissabonda "Benfika"nı məğlub etmişdilər.

22:28

"Qarabağ" – "Kopenhagen" qarşılaşmasında Ağdam klubu hesab arasındakı fərqi artırıb.

İdman.biz bildirir ki, 83-cü dəqiqədə Addai ikinci topu danımarkalıların qapısından keçirib.

21:50

"Qarabağ" – "Kopenhagen" qarşılaşmasının ikinci hissəsi başlayıb.

İdman.biz-in məlumatına görə, ilk yarıdan sonra Ağdam təmsilçisi Zubirin vurduğu qolla hesabda irəlidədir.

21:35

Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" qarşılaşmasının birinci hissəsi başa çatıb.

İdman.biz bildirir ki, ilk yarıdan sonra hesab 1:0 "Qarabağ"ın xeyrinədir. Yeganə qolu 28-ci dəqiqədə Zubir vurub.

21:14

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyununda hesab açılıb.

İdman.biz bildirir ki, 28-ci dəqiqədə Abdullah Zubir qonaqları meydanın mərkəzinə dəvət edib.

20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyununa start verilib.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

19:44

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopengahen"i qəbul edəcək.

İdman.biz xəbər verir ki, komandalar saat 20:45-də start götürəcək maatçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)

Baş məşqçi: Yakob Neestrup

09:17

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

"Qarabağ" və "Kopenhagen" artıq avrokuboklarda 5-ci dəfədir ki, qarşılaşacaqlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə "Qarabağ" üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qaydası sayəsində tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr

20:45. "Qarabağ" (Azərbaycan) – "Kopenhagen" (Danimarka)
Baş hakim:
Serdar Gözübüyük
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:37

Yakob Neestrup: "Qarabağ" qələbəyə layiq idi

Futbol
Bu gün, 23:35

Qurban Qurbanov: "Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar"

Futbol
Bu gün, 23:34

Yakub Neestrup: "Qarabağ" layiqli qələbə qazandı"

Basketbol
Bu gün, 23:31

"Abşeron Lions" Avropa Kubokunun əsas mərhələsində

Futbol
Bu gün, 23:27

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi

Futbol
Bu gün, 23:24

İlham Əliyev "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsini təbrik edib

Qarabağ FK
Bu gün, 23:20

İlham Əliyev "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsini təbrik etdi

Futbol
Bu gün, 23:13

Qurban Qurbanov "Kopenhagen" oyunu və "Atletik"lə qarşılaşma barədə danışdı - VİDEO

Futbol
Bu gün, 23:05

Çempionlar Liqası: "Qarabağ" - "Kopenhagen" matçının ən yaxşısı Elvin Cəfərquliyev seçildi

Futbol
Bu gün, 22:59

"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı oyunçusu: Elvin Cəfərquliyev

Futbol
Bu gün, 22:57

AFFA prezidenti Rövşən Nəcəfin "Qarabağ" FK-nın "Kopenhagen" üzərində qələbəsinə təbriki

Futbol
Bu gün, 22:56

AFFA prezidenti "Qarabağ"ı "Kopenhagen" üzərindəki qələbə münasibətilə təbrik edib

Futbol
Bu gün, 22:51

AFFA prezidenti Rövşən Nəcəfin "Qarabağ"ın "Kopenhagen" üzərində qələbəsinə təbriki

Futbol
Bu gün, 22:49

"Nyukasl" səfərdə "Yunion"u darmadağın etdi: Qordon dubl etdi - VİDEO

Futbol
Bu gün, 22:39

"Qarabağ" "Kopenhagen"i də məğlub edərək Çempionlar Liqasında ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 22:39

"Qarabağ" "Kopenhagen"i məğlub edərək ÇL-də ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 22:37

"Qarabağ" Çempionlar Liqasında "Kopenhagen"i məğlub etdi

Futbol
Bu gün, 22:37

"Qarabağ" UEFA Çempionlar Liqasında "Kopenhagen"i məğlub etdi

Tennis
Bu gün, 22:30

Yannik Sinner Novak Djokoviclə müqayisə olunmaq istəmir

Futbol
Bu gün, 22:28

"Qarabağ" "Kopenhagen"lə matçda hesab arasındakı fərqi artırdı

Futbol
Bu gün, 22:28

"Qarabağ" "Kopenhagen"lə oyunda hesab arasındakı fərqi artırdı - YENİLƏNİR

Futbol
Bu gün, 22:28

"Qarabağ" "Kopenhagen"i məğlub etdi: Oyunun hesabı 2:0

Tennis
Bu gün, 22:28

Yannik Sinner Novak Cokoviçlə müqayisə olunmaq istəmir

Oxşar xəbərlər