top
Qarabağ - Kopenhagen: Zubirin qolu ilə fasiləyə öndə yollanan Qarabağ - CANLI Idman.biz
01 oktyabr 2025, 21:35
- ↺ +

"Qarabağ" - "Kopenhagen": Zubirin qolu ilə fasiləyə öndə yollanan "Qarabağ" - CANLI

Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" qarşılaşmasının birinci hissəsi başa çatıb.

İdman.biz bildirir ki, ilk yarıdan sonra hesab 1:0 "Qarabağ"ın xeyrinədir. Yeganə qolu 28-ci dəqiqədə Zubir vurub.

21:14

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyununda hesab açılıb.

İdman.biz bildirir ki, 28-ci dəqiqədə Abdullah Zubir qonaqları meydanın mərkəzinə dəvət edib.

20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyununa start verilib.

İdman.biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

19:44

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda "Kopengahen"i qəbul edəcək.

İdman.biz xəbər verir ki, komandalar saat 20:45-də start götürəcək maatçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)

Baş məşqçi: Yakob Neestrup

09:17

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

"Qarabağ" və "Kopenhagen" artıq avrokuboklarda 5-ci dəfədir ki, qarşılaşacaqlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə "Qarabağ" üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qaydası sayəsində tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr

20:45. "Qarabağ" (Azərbaycan) – "Kopenhagen" (Danimarka)
Baş hakim:
Serdar Gözübüyük
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər