top
Qarabağ - Kopenhagen: UEFA saytı oyundan əvvəl komandaların tarixçəsinə nəzər salır Idman.biz
29 sentyabr 2025, 23:15
- ↺ +

"Qarabağ" - "Kopenhagen": UEFA saytı oyundan əvvəl komandaların tarixçəsinə nəzər salır

UEFA-nın rəsmi saytında oktyabrın 1-i Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" oyununa yazı həsr olunub.

İdman.biz-in xəbərinə görə, yazıda qeyd olunur ki, Lissabonda "Benfika" üzərindəki qələbədən sonra "Qarabağ" uğuru davam etdirməyə çalışacaq.

"Qarabağ" və "Kopenhagen" beşinci dəfə üz-üzə gələcək. Dörd görüşün üçündə "Qarabağ", üçündə isə danimarkalılar qələbə qazanıb.

1998/99 mövsümündə Kuboklar Kubokunun seçmə mərhələsində "Kopenhagen" "Qarabağ"ı evdə 6:0, səfərdə isə 4:0 hesabı ilə məğlub edib.

"Qarabağ" Çempionlar Liqasının 2017/18 mövsümünün pley-off mərhələsinə evdə "Kopenhagen" üzərində 1:0 hesablı qələbə ilə başlayıb. Danimarkada 2:1 hesabı ilə məğlub olan ağdamlılar səfər qolunun hesabına irəliləyib" – məqalədə vurğulanır.

Həmçinun bildirilir ki, "Qarabağ" avrokuboklarda heç bir başqa Danimarka klubu ilə qarşılaşmayıb, "Kopenhagen" də ağdamlılardan başqa Azərbaycan liqasının heç bir komandası ilə qarşı-qarşıya gəlməyib.

"Qarabağ" ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Onlar 2017/18 mövsümündə qrup mərhələsində çıxış ediblər. Azərbaycan çempionu "Roma", "Çelsi" və "Atletiko Madrid"in daxil olduğu qrupda sonuncu yerdə qərarlaşıb və hər iki xalını "Atletiko Madrid"lə oyunlarda qazanıb. "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində iştirak edən yeganə Azərbaycan komandasıdır.

Bu, "Qarabağ"ın Avropa yarışlarında ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötənilki UEFA Avropa Liqasının ümumi mərhələsində klub səkkiz oyunda 7 məğlubiyyətlə (1 qələbə) 36-cı yeri tutub", - məqalə müəllibləri qeyd edirlər.

Həmçinin "Kopenhagen" 2023/24 mövsümündən bəri Çempionlar Liqasının əsas mərhələsində iştirak etmədiyi bildirilir: "Bu, onların nüfuzlu Avropa yarışlarında yeddinci ümumi/qrup mərhələsində iştirakıdır. Bu, Danimarka klubları üçün rekorddur.

Keçən mövsüm "Kopenhagen" UEFA Konfrans Liqasının 1/8 finalına yüksəlib və burada "Çelsi"yə ümumilikdə 3:1 hesabı ilə uduzub".

Daha sonra bu klublara dair əsas statistika gətirilir: "Hər iki komanda bu Avropa mövsümünə ikinci təsnifat mərhələsindən başlayıb.

"Qarabağ" bu Çempionlar Liqasında 7 oyunda 6 qələbə qazanıb (1 məğlubiyyət). Azərbaycan çempionu ilk turda Lissabonda "Benfika"nı məğlub edərək 0:2 hesabı ilə geri qayıdıb. Bu, klubun əsas püşkatmada ilk qələbəsi olub. Ağdamlılar Çempionlar Liqasında keçirdikləri son 4 oyunda 13 qol vurublar. "Qarabağ" öz evində keçirdiyi son 9 avrokubok oyunundan 7-də məğlub olub (2 qələbə).

"Kopenhagen" ümumi mərhələnin əvvəlində evdə "Bayer Leverkuzen"lə 2-2 heç-heçə edib. Danimarkalılar bu Avropa mövsümündə məğlub olmayıblar (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapılarını toxunulmaz saxlayıblar. Danimarka çempionu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi son dörd matçda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə). "Kopenhagen" Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi son 20 səfər oyunundan yalnız ikisində qalib gəlib (4 heç-heçə, 14 məğlubiyyət)"

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Oxşar xəbərlər