Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmada ədaləti Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük qoruyacaq.
Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq.
VAR-da Rob Dyeperin AVAR-da Yerun Manshot əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.