Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesabı açıb.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
20:45
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
"Report"un məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
UEFA Çempionlar Liqası Liqa mərhələsi II tur "Qarabağ" - "Kopenhagen" oyunu