Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma Niderlanddan olan FIFA referisi Serdar Gözübüyüka tapşırılıb.
Yan xətt hakimləri Erwin Zeinstra ilə Patrick Inia, dördüncü hakim Jannick Van Der Laan olacaq.
VAR-da Rob Dieperin AVAR-da Jeroen Manschot əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Qarabag - kopenhagen UEFA Çempionlar Liqası hakim təyinatı Serdar Gözübüyük