UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" (Danimarka) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.
Bu barədə "Report"a "Qarabağ" klubundan məlumat verilib.
Tribunalarımızda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara VVIP sektorlara işğaldan azad olunmuş ərazilərin adları veriib.
Qarşılaşmanın biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.