"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.
23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək. Portuqaliyanın "Portimonense" klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.
Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.
İdman.biz