top
Qarabağ kimi komandanın iştirak etdiyi çempionatda iki il dalbadal 2-ci yerə sahib olmaq önəmlidir Sport24.az
02 may 2025, 23:09
- ↺ +

"Qarabağ" kimi komandanın iştirak etdiyi çempionatda iki il dalbadal 2-ci yerə sahib olmaq önəmlidir

"Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, "Turan Tovuz" isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi. İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Bütün sezonboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasında 33-cü turda "Turan Tovuz" üzərində qazanılan (1:0) qələbədən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Artıq 2-ci yeri təmin etdiniz. Bundan sonrakı oyunlarda rotasiyalar görəcəyik?

- Mütləq şəkildə. Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur. 3-cü yer də bizim üçün uğur idi. Kuboku da qazana bilərdik. Amma 2-ci yerin dadı tam başqadır.

 

- Demək olar ki, indiki məqamda əsas məsələ güclənmək yox, hazırkı heyəti qoruyub-saxlamaqdır?

- Bu heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqaviləsi var. Bəlkə 1-2 futbolçuya daha ciddi çempionatlardan ciddi təklif olar. Ola bilsin ki, elə ayrılıqlar olsun. Amma ümumən kollektivi qoruyub-saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var.

 

- "Qarabağ" ölkə kubokunun finalında "Sabah"ı məğlub edərsə, "Zirə" Avropa Liqasına yollanacaq. Bunu istəyirsiz?

 - Xeyirlisi olsun. Mən hər zaman xeyirlisini istəmişəm. Hər klub Avropa Liqasında oynamaq istəyər. Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq. 

 

- İndidən avrokuboklarda məqsədiniz bəllidir?

- Bu gün 2-ci yeri təmin etdik. Ötən turda 3-cü yeri təmin etmişdik. Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşəcəyik, danışacağıq, plan tutacağıq. Hər bir klub kimi, biz də imkan qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Digər
Bu gün, 13:22

Bakıda 300 karateçinin iştirakı ilə "Zəfər Kuboku" turniri başa çatdı

Formula 1
Bu gün, 13:14

Maks Ferstappen Kimi Antonellinin Formula 1-də istedadından fəxr edir

Futbol
Bu gün, 13:07

“Vikinq” – “Sabah” matçını niderlandlı hakim briqadası idarə edəcək

Futbol
Bu gün, 13:00

Lamin Yamal Avropa top liqalarında qol və asistlər baxımından liderdir.

Futbol
Bu gün, 13:00

Neftçi skautları Macarıstan və Portuqaliyada legioner axtarır

Qarabağ FK
Bu gün, 12:59

Mateuş Silva “Qarabağ”ın qol problemlərinə işıq tutdu və azarkeşlərə meydanda cavab verəcəyimizi bildirdi

Formula 1
Bu gün, 12:58

Alpin komandası sürücüsü Franko Kolapinto Meksika Qran-prisində 10 saniyəlik cəza aldı

Digər
Bu gün, 12:29

Azərbaycanlı atlet Vüsalə Bentley 5 saat 3 dəqiqə plankla dünya rekorduna iddia edir

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Oxşar xəbərlər