"Qarabağ" yeni futbolçu alıb.
Lent.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprin "AEK Larnaka" komandasında çıxış edən fransalı futbolçu Jeremi Qnalini transfer edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan oyunçu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.
AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 ötürmə ilə yadda qalıb.