top
Qarabağ FK Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanış oldu - FOTO Idman.biz
28 noyabr 2025, 11:39
- ↺ +

"Qarabağ" FK Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanış oldu - FOTO

"Qarabağ" Futbol Klubunun nümayəndələri Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzinə təşkil edilən infoturda iştirak edib.

TƏBİB-dən İdman.Biz-ə verilən məlumata görə, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda heyətinin iştirakı ilə baş tutan infoturda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov iştirak edib.

Mərkəzlə tanışlıq zamanı P.Əkbərov Mərkəzdə tətbiq olunan müasir reabilitasiya texnologiyaları, xüsusilə idman zədələrinin bərpası və idmançıların performans reabilitasiyası sahəsində istifadə olunan innovativ avadanlıqlar barədə geniş təqdimatla çıxış edib.

O, mərkəzdə mövcud olan robotik sistemlərin, yüksək dəqiqlikli analiz cihazlarının və fərdi proqramlaşdırılmış reabilitasiya metodlarının idmançıların daha sürətli və effektiv bərpasına imkan yaratdığını xüsusi vurğulayıb.

Komanda üzvləri mərkəzin imkanları ilə yaxından tanış olaraq bir sıra avadanlıqları praktiki şəkildə sınaqdan keçiriblər. Onlar avadanlıqların funksionallığı, reabilitasiya prosesinə verdiyi üstünlüklər və idman performansının yaxşılaşdırılmasında rolu ilə bağlı mütəxəssislərdən ətraflı məlumat alıblar.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Dünən, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Oxşar xəbərlər