top
Qarabağ FK-nın 2025-ci ildəki əsas hadisələri Sport24.az
30 dekabr 2025, 23:29
- ↺ +

"Qarabağ" FK-nın 2025-ci ildəki əsas hadisələri

"Qarabağ" klubu 2025-ci ilin ən əlamətdar məqamlarını təqdim edib. Sport24.az xəbər verir ki, klubun açıqlamasında ilin önəmli uğurlarına, əlamətdar məqamlarına və komandaya məxsus xüsusi hadisələrə toxunulub.

 

"Qarabağ"dan "Flamenqo"ya

 

Komanda növbəti səs-küylü transferi gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərimizə sevinc bəxş edən Olavio Juninyo "Flamenqo"ya transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən "Sevilya"nın heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu Braziliyaya qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından komandanın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, komanda il' ölkə çempionu olub, çempionatın bombardiri və kuboku qalibi adına yiyələnib.

 

Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq 

 

Komanda 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. "Sabah"ın qonağı olan "Qarabağ" səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçi Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.

 

"Qarabağ"dan yeni rekord

 

2024/25 mövsümünü çempion kimi tamamlayan komanda kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan "Qarabağ" tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da komanda turnirin tarixində mütləq rekorda imza atıb. "Qarabağ" Azərbaycan kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.

 

10-cu dəfə "Qarabağ"lı

 

Komandanın futbolçusu Leandro Andrade Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada komandanın futbolçusu layiq görülüb.

 

Tarixi uğur

 

Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub olan "Qarabağ" 2017/18 mövsümündə əldə etdiyi uğuru təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib. Pley-offda Macarıstan təmsilçisi "Ferensvaroş"u mübarizədən kənarlaşdıran komandamız bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər