top
“Qarabağ”: Əlçatmaz rekord, üçüncülük şansı - TƏHLİL İdman.biz
03 oktyabr 2024, 14:30
- ↺ +

“Qarabağ”: Əlçatmaz rekord, üçüncülük şansı - TƏHLİL

Azərbaycan çempionu "Qarabağ" avrokubokların 2024/25 mövsümünün əsas mərhələsində ikinci oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin II turunda "Malmö"nü qəbul edəcək.

Təmsilçimiz İsveç klubu ilə görüşə ilk qol, ilk xal və ilk qələbə üçün çıxacaq. Ardıcıl 11-ci dəfə təsnifat mərhələlərini arxada qoyan "Qarabağ"ın əsas raundun startındakı iki görüşünün nəticələrini nəzərdən keçirək.

Əlçatmaz rekord

Təkcə "Qarabağ" deyil, Azərbaycan futbol tarixinin ən yaxşı startı ötən il Avropa Liqasında qeydə alınıb. Qurbanovun yetirmələri əsas mərhələyə ardıcıl iki qələbə ilə başlayıblar. Təmsilçimiz hər iki görüşün taleyini bir qolla həll edib. Maraqlıdır ki, indiki kimi onda da II turdakı rəqib İsveç klubu olub. "Qarabağ" öncə "Molde"ni evdə, ardınca "Haken"i İsveçdə məğlubiyyətə uğradıb.

İlk dəfə məğlubiyyətsiz

Avropa Liqasındakı uğurlu starta qədər rekord 2021/22 mövsümünə məxsus idi. Onda da ilk iki qarşılaşmada uduzmayan "Qarabağ" ilk dəfə startı məğlubiyyətsiz keçib. Həmin vaxt Konfrans Liqasında çıxış edən təmsilçimiz 4 xalla kifayətlənib. "Bazel"lə Bakıdakı qolsuz bərabərlikdən sonra ağdamlılar Kipri fəth ediblər. Qurbanovun yetirmələri "Omoniya"nı darmadağınla üstələyib – 4:1.

Üçüncü göstəricini təkrarlamaq şansı

Tarixində iki dəfə - 2021-ci və 2023-cü illərdə startdakı iki oyunda uduzmamaqla yadda qalan "Qarabağ" bu il həmin nəticəni təkrarlaya bilməyəcək. İngiltərədə "Tottenhem"dən üç cavabsız qol buraxan çempionumuz tarixinin 3-cü ən yaxşı startını təkrarlamağa çalışacaq. 2015-ci, 2019-cu və 2022-ci illərdə də ilk iki görüşdə 3 xal qazanılıb. Hər üç mövsümdə bu göstərici Avropa Liqasında qeydə alınıb. Startda 1 qələbə və 1 məğlubiyyəti təkrarlamaq olsa, 4-cü dəfə belə nəticə yaşanacaq. Əvvəlki üç belə mövsümdən yalnız birində - 2022/23-də top fərqində müsbət göstərici olub.

Tarixdə beş, ardıcıl üç

"Qarabağ" əvvəlki 10 mövsümün beşində ilk iki görüşdə ən azı 1 dəfə qalib gəlib. Bunlardan üçü son illərə təsadüf edib. 2020/21 mövsümü qələbəsiz son startdır. Təbii ki, söhbət ilk iki qarşılaşmadan gedir. Növbəti iki mövsümdə bir, ötən payızda iki uğur əldə olunub. "Qarabağ" startda heç olmasa 1 qələbə qazanmaq seriyasını 4-cü mövsümdə də davam etdirmək üçün meydana çıxacaq.

Təsəlli xalı

Beş dəfə ilk iki görüşdə qələbəsi olmnayan Ağdam təmsilçisi bunların ikisində bir xalla kifayətlənib. Təsəlli xalı 2014/15 və 2016/17 mövsümlərinə təsadüf edib. Öncə "Sent Etyen", sonra "Slovan"la Bakıdakı görüş heç-heçə bitib. Hər iki mövsümdə ilk səfər sınağında xal qazanılmayıb.

Çempionlar Liqasından başlayan zolaq

"Qarabağ" əsas mərhələlərdəki ilk üç mövsümün startındakı görüşlərdə ən azı bir xal qazanıb. İki məğlubiyyətlə başlanan ilk mövsüm Çempionlar Liqası ilə bağlıdır. 2017-ci ildə "Çelsi" və "Roma"ya uduzan Qurbanovun komandası növbəti mövsümdə artıq Avropa Liqasına xalsız başlayıb. İki il sonra – 2020/21 mövsümündə "Qarabağ" sonuncu dəfə ilk iki oyunu xalsız başa vurub. Əgər təmsilçimiz favorit sayıldığı görüşdə "Malmö"dən xal ala bilməsə, 4-cü dəfə belə halla üzləşəcək.

Bir qol yetər

"Qarabağ" son 5 mövsümün ilk iki matçında ən azı 1 qol vurub. Bu seriyanın 6-ya çatması üçün bir qol yetər. Təmsilçimiz "Malm"nün qapısına da yol tapmasa tarixində 3-cü dəfə startda qolsuz qalacaq. 2014-cü ildəki debütdə də yaşanan həmin hadisə 2018-ci ildə təkrarlanıb. Bu iki uğursuzluq arasında fərq ondan ibarətdir ki, 10 il öncə bir xal əldə edilib, sonuncuda isə nə qol olub, nə də xal.

mövsüm

Turnir

O

Q

H

M

T/F

X

2014/15

AL

2

0

1

1

0-2

1

2015/16

AL

2

1

0

1

2-3

3

2016/17

AL

2

0

1

1

3-7

1

2017/18

ÇL

2

0

0

2

1-8

0

2018/19

AL

2

0

0

2

0-5

0

2019/20

AL

2

1

0

1

4-4

3

2020/21

AL

2

0

0

2

1-4

0

2021/22

KL

2

1

1

0

4-1

4

2022/23

AL

2

1

0

1

4-2

3

2023/24

AL

2

2

0

0

2-0

6

2024/25

AL

1

0

0

1

0-3

0

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Malmö" görüşü saat 20:45-də başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər