"Qarabağ" klubu "EAFC 26" oyununda yer alır. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən il məşhur futbol simulyatoru olan "EAFC 25"də yer alan klub bu il də "EA Sports" şirkəti tərəfindən hazırlanan oyunda "Rest of World league" (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunur.