Dünya klublarının yeni reytinqi açıqlanıb. Sport24.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, "Qarabağ" dünya reytinqində 38 pillə irəliləyib.
Aktivində 154,75 xal olan "köhlən atlar" 134-cü pillədən 96-cı yerə yüksəlib.
"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib. "Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb. "Zirə" (68) isə 274-dən 380-ə düşüb.
Qeyd edək ki, 506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.