top
Qarabağ ÇL üçün 4 gənc futbolçunu Avstriyaya aparır: ADLAR Idman.biz
03 iyul 2025, 15:52
- ↺ +

"Qarabağ" ÇL üçün 4 gənc futbolçunu Avstriyaya aparır: ADLAR

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının iştirak ərizəsinə Akademiyanın 4 gənc futbolçunu da daxil edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a Ağdam təmsilçisinin akademiyasının meneceri Nail Kərimov bildirib.

O, komanda ilə birlikdə Avstriyaya yollanan yarımmüdafiəçilər Hikmət Cəbrayılzadə və Mehdi Mütəllimli, müdafiəçilər Amin Rzayev və Həbib Qədimova dair planlardan danışıb.

Kərimov sözügedən futbolçuların özlərini doğrultduqları halda qarşıdan gələn avrokubok oyunlarında meydana çıxma şansı qazana biləcəklərini açıqlayıb: "Futbolçular üçün ən böyük şans bu toplanışda iştirak etməkdir. Komandanın məşqçilər korpusu o şəraiti yaradıb: Futbolçuların potensialına güvənərək onları heyətə daxil edib və özləri ilə birlikdə toplanışa aparıb. Artıq bundan sonrası özlərini necə göstərəcəklərindən asılıdır. Hansı oyunçu daha yaxşı tərəfdən özünü göstərsə, inanırıq ki, o, komandada qalacaq. Bu halda avrokubok oyunlarında iştirak edə bilərlər".

Akademiya rəsmisinin sözlərinə görə, gənclər uzun müddətdir əsas komandanın məşqlərində iştirak edir: "Amin Rzayev və Hikmət Cəbrayılzadə artıq Premyer Liqada debüt ediblər. Həmçinin, 21 yaşadək futbolçulardan ibarət milli komandaya da dəvət alırlar. Futbolçular ötən mövsüm ərzində mütəmadi "Qarabağ"ın məşqlərinə qoşulublar. Həm öz yaş qrupu üzrə oyunlarını keçirib, həm də əsas komanda ilə birlikdə məşqlərdə iştirak ediblər. Mövsümün sonuna doğru isə bu məşqlərə daha sıx qoşuldular. Bakıda keçirilən təlim-məşq toplanışında da iştirak ediblər. O zaman 2006-cı il təvəllüdlü Davud Məsimov da məşqlərə qatılırdı. Lakin Davud zədələndiyinə görə Avstriyaya gedə bilmədi. Bir müddət bərpa məşqləri keçirməlidir".

Qeyd edək ki, "Qarabağ" iyulun 16-dən Zell-Am-Seenin Kaprun bölgəsində toplanış keçirəcək. Ağdam təmsilçisi iyulun 7-də Ukraynanın "Metallist" (Xarkov), iyulun 11-də Niderlandın "Tvente" (eyni gündə iki görüş), iyulun 15-də Avstriyanın "Zaltsburq" komandasına qarşı yoxlama görüşləri keçirəcək. "Köhlən atlar" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Futbol
Bu gün, 11:37

Mbappe-ın Çin reklam skandalı: üç şirkət əməkdaşlığı dayandırdı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Oxşar xəbərlər