Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsində növbəti matçına çıxıb.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferentsvaroş"u ilə cavab görüşünü keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Azərbaycan çempionu favorit hesab olunurdu. Səfərdə 3:1 hesabı ilə qalib gələn Qurban Qurbanovunun komandasının Bakıda uduzub. Amma minimal hesablı məğlubiyyət "Qarabağ"ı Çempionlar Liqasının liqa mərhələsinə daşıyıb.
Azərbaycan çempionu tarixində iki dəfə turnirin əsas mərhələsində oynayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 2:3
Qollar: Leandro Andrade, 25. Abdullah Zubir, 45 - Lenni Jozef, 13. Barnabas Varqa, 55 (p.). Aleks Tot, 82
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Bedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Ferentsvaroş": 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36. Qabi Kaniçovski, 19. Barnabas Varqa
Baş məşqçi: Robbi Kin
Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun - 3:1
İdman.biz